Azərbaycan Dövlət İnformasiya Agentliyi

Domeniko Koko: Azərbaycandakı multikultural mühit çox önəmli bir dəyərdir

Domeniko Koko: Azərbaycandakı multikultural mühit çox önəmli bir dəyərdir

Roma, 24 mart, AZƏRTAC

İtaliyanın “İl Metropolitano” qəzetinin saytında Azərbaycanın Siciliya və Kalabriya regionlarındakı fəxri konsulu Domeniko Kokonun Azərbaycan-İtaliya əlaqələri, ölkəmizin mədəni irsinin və iqtisadi inkişafının İtaliyada təbliği və bu kimi digər məsələlərdən bəhs edən müsahibəsi yerləşdirilib.

D.Koko diqqətə çatdırır ki, Azərbaycanın mədəni, iqtisadi, turizm və digər sahələrdə potensialını İtaliyada təbliğ etmək, eyni zamanda, ölkələrimizin müxtəlif bölgələri arasında münasibətləri daha da dərinləşdirmək istiqamətində önəmli tədbirlər həyata keçirilir.

Ölkələrimiz arasında əlaqələrin müxtəlif istiqamətlərinə toxunan və əməkdaşlığın inkişafı üçün geniş potensialın mövcudluğunu vurğulayan D.Koko deyib: “Bölgələrimiz arasındakı münasibətlər sürətlə inkişaf edir. Buna bir sıra şəhərlərimizin qardaşlaşması, ortaq maraq doğuran layihələrin həyata keçirilməsi nümunə ola bilər. 2014-cü ildə “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin qəbul edilməsindən sonra iki ölkə arasında əlaqələr daha yüksək səviyyəyə qalxıb. Əminəm ki, növbəti illərdə TAP layihəsinin reallaşması ilə bu əlaqələr daha da genişlənəcək. Azərbaycan, eyni zamanda, qeyri-neft sektorunda da İtaliya üçün əlverişli bazara malikdir. Bütün bunları nəzərə alaraq, hər iki ölkə üçün faydalı ola biləcək layihələrin reallaşdırılması istiqamətində biznes forumların və missiyaların təşkilinə töhfə verməkdən məmnunluq duyuram”.

Fəxri konsul Siciliya bölgəsinin iş adamlarının Azərbaycan ilə biznes əlaqələri qurmaqda maraqlı olduqlarını bildirib, bu xüsusda həyata keçirilməsi planlaşdırılan tədbirlər barədə danışıb. Qeyd edib ki, Azərbaycan təkcə iqtisadi inkişafı və İtaliyanın önəmli ticarət tərəfdaşı olması baxımından deyil, həmçinin zəngin mədəni irsinə görə də tanınır. Onun beynəlxalq aləmdə önəmli xarakterik cəhətlərindən biri multikultural və çoxkonfessiyalı ölkə olmasıdır. Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda müxtəlif dinlərin nümayəndələri sülh şəraitində birgə yaşayırlar. Burada bütün dinlərin nümayəndələrinə hörmətlə yanaşılır və onların hüquqları bərabər səviyyədə qorunur. Müxtəlif dinlərin təmsilçilərinə konstitusional səviyyədə heç bir fərq qoyulmur. Bu, çox önəmli bir dəyərdir. Tarixin müxtəlif dövrlərində olduğu kimi, hazırda da Azərbaycanda dini səviyyədə heç bir qarşıdurma yaşanmır. Azərbaycan multikulturalizmin və mədəniyyətlərarası dialoqun beynəlxalq səviyyədə təbliği kimi önəmli bir missiyanı həyata keçirir və müvafiq sahələrdə əhəmiyyətli tədbirlərə ev sahibliyi edir. Bu sırada cari il aprelin 25-dən 27-dək Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu vurğulamaq yerinə düşər.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan D.Koko diqqətə çatdırıb ki, bu münaqişə dini zəmində baş verməyib. İki ölkə arasında gərginliyin səbəbi Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsi ilə bağlıdır. İyirmi ildən artıqdır ki, Ermənistan Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayon daxil olmaqla Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin 20 faizini işğal edib. Münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Təəssüf ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını, qaçın və məcburi köçkünlərin doğma yurdlarına geri dönməsini nəzərdə tutan 4 qətnaməsinə Ermənistan hələ də məhəl qoymur.

Azərbaycanın İtaliyada təbliği istiqamətində Heydər Əliyev Fondunun fəaliyyəti ilə bağlı sualı cavablandıran D.Koko deyib ki, 2004-cü ildə təsis olunmuş qurum təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ətraf mühit və digər sahələrdə önəmli layihələr həyata keçirməklə sosial və iqtisadi inkişafa töhfə verir. Fond bu ölkənin zəngin mədəni irsinin İtaliyada təbliği istiqamətində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə bir sıra mədəni tədbirlər həyata keçirir. Digər tərəfdən, qurum İtaliyada tarixi irsin qorunmasına da önəmli töhfələr verir. Bu sırada Fondun dəstəyi ilə Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpasını xüsusi vurğulamaq lazımdır. Müsəlman ölkəsinin xristian aləmində əhəmiyyətli yeri olan abidələrin qorunmasına göstərdiyi dəstək yüksək qiymətləndirilir.

Maqsud Dadaşov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrail Livanın cənubuna hücumlarını davam etdirir

Hörmüz boğazının açılmasının qeyri-müəyyən qalması fonunda neft qiymətləri artıb

Rəsmi Dəməşq və Moskva Suriyadakı hərbi bazalar ilə bağlı razılığa gəlib

ABŞ hərbçiləri İranın blokadasının davam etməsi üçün 55 gəminin istiqamətini dəyişdiriblər

Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir

Cəlilabadda transformator partlayıb, ətraf ərazidə yanğın baş verib

Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?

Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib

Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar

Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır

Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək