Donald Tramp “Sülhün memarı” mükafatı ilə təltif olunub
Bakı, 22 oktyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp 1995-ci ildə ABŞ-ın 37-ci Prezidenti Riçard Niksonun Fondu tərəfindən təsis olunmuş “Sülhün memarı” mükafatı ilə təltif olunub.
AZƏRTAC xəbər verir ki, Ağ Evin yaydığı məlumata görə, mükafatı Donald Trampa fondun İdarə Heyətinin sədri və ABŞ Prezidentinin sabiq milli təhlükəsizlik müşaviri Robert Obrayen təqdim edib.
Fondun yayımladığı bəyanatda Donald Trampın bu mükafata “onun vasitəçiliyi ilə əldə olunan atəşkəslər və sülh sazişlərinə görə” layiq görüldüyü bildirilib. Qəzza sektorunda əldə olunan sülh sazişi, Azərbaycan və Ermənistan, Pakistan və Hindistan, Ruanda və Konqo, eləcə də Tailand və Kamboca arasında münaqişələrin həlli üzrə aparılan danışıqlar, Rusiya ilə Ukrayna arasında “dayanıqlı sülhün bərqərar olunması” istiqamətindəki səylər xüsusilə qeyd olunub.
Xatırladaq ki, Riçard Nikson Fondu 1983-cü ildə ABŞ-ın sabiq Prezidenti tərəfindən yaradılıb. Fondun 1995-ci ildə təsis etdiyi “Sülhün memarı” mükafatı bundan əvvəl iki dəfə - 1996 və 2022-ci illərdə ABŞ-ın sabiq dövlət katibi və milli təhlükəsizlik müşaviri Henri Kissincerə, 1997-ci ildə Sinqapurun ilk Baş naziri Li Kuan Yuya, 2000-ci ildə isə ABŞ-ın 41-ci Prezidenti böyük Corc Buşa təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [16:14]
Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib
- 08.06.2026 [16:02]
İraq hava məkanını uçuşlar üçün yenidən açıb
- 08.06.2026 [16:00]
Papa XIV Leo: Dünya dərin mənəvi və mədəni böhran yaşayır
- 08.06.2026 [15:58]
İran İsrailə qarşı hərbi əməliyyatların dayandırıldığını açıqlayıb
- 08.06.2026 [15:05]
Rusiya XİN Ermənistanla münasibətlərdə sonrakı siyasi kursu açıqlayıb
- 08.06.2026 [14:27]