Donald Tramp Venesuelanın xəritəsini növbəti dəfə "51-ci ştat" yazısı ilə paylaşıb
Bakı, 2 avqust, AZƏRTAC
Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp növbəti dəfə özünün “Truth” sosial media hesabında üzərində Venesuelanın xəritəsi və "51-ci ştat" yazısı olan şəkil paylaşıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, həmin şəkildə Bolivar Respublikasının ərazisi ABŞ-nin bayrağının rəngləri ilə rənglənib.
Qeyd edək ki, Donald Tramp əvvəllər də oxşar şəkillər paylaşıb. O, dəfələrlə Venesuela, Kanada və Danimarkanın muxtar ərazisi olan Qrenlandiyanın ABŞ-yə birləşdirilməsi ehtimalını müzakirə edib.
Bu il yanvarın 3-də ABŞ Venesueladakı mülki və hərbi hədəflərə hücum edib, Prezident Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores tutularaq ABŞ-yə aparılıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]