DONANMASINI SÜRƏTLƏ YENİLƏŞDİRƏN AZƏRBAYCAN DÖVLƏT GƏMİÇİLİYİ UĞURLARINI ARTIRMAQDADIR
Azərbaycan iqtisadiyyatının inkişafında mühüm rolu olan Dövlət Xəzər Dəniz Gəmiçiliyinə ümummilli lider Heydər Əliyevin həmişə diqqət və qayğı göstərdiyini xatırladan A.Bəşirov bildirdi ki, bu doğma münasibət Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Donanmasını sürətlə yeniləşdirən gəmiçilik daşımaların həcmini artırır, büdcə ödəmələrini çoxaldır, işçilərin rifahını yaxşılaşdırır.
Rusiyanın Nijni Novqorod şəhərindəki “Krasnoye Sormovo” gəmiqayırma zavodunda XDG-nin inşa etdirdiyi sayca beşinci tankerin - “Dədə Qorqud”un oktyabrın 14-də istismara verildiyini xatırladan A.Bəşirov, qurumun donanmasının yeniləşməsi sahəsində əldə olunan uğurları vurğulamışdır. Qeyd etmişdir ki, çay-dəniz tipli “Dədə Qorqud” tankerinin uzunluğu 149,9 metr, eni 17,3 metr, bortunun hündürlüyü 10,5 metr, tam yüklə sürəti saatda 11 dəniz mili, yükgötürmə qabiliyyəti 13 min tondur. Tanker eyni vaxtda bir neçə növ neft və neft məhsulları daşımaq üçün nəzərdə tutulmuşdur. Yeni tankerlər Avropa-Qafqaz-Asiya (Avrasiya) nəqliyyat dəhlizinin Xəzərdən keçən hissəsində gəmiçiliyin mövqelərinin güclənməsinə geniş imkanlar yaradır. Bu gəmilər, əsasən, Qazaxıstan neftinin Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ixrac olunması üçün Səngəçal terminalına daşınmasında istifadə edilir.
A.Bəşirov demişdir ki, cari ilin doqquz ayında gəmiçiliyin tanker donanması 10 milyon 647,9 min ton, quru yük gəmiləri ilə 987,9 min ton, gəmi-bərələrlə isə 2 milyon 78,6 min ton yük daşımışdır. Yükdaşımadakı göstəricilər ötən ilin müvafiq dövründəkindən 6,6 faiz artıqdır. Hesabat dövründə Xəzər hövzəsində 13,9 min nəfər sərnişin daşınmış və 9,4 faiz artım olmuşdur.
Gəmiçiliyin gəmiqayırma və gəmi təmiri zavodlarının Bakı buxtasından köçürülməsi istiqamətində görülən işlər barədə məlumat verən natiq bildirdi ki, Qaradağ rayonu ərazisində, Xəzər sahilində münasib yer təklif edilib. Həmin ərazilərdə tikiləcək gəmiqayırma zavodunda iri tutumlu, müasir tankerlər və quru yük gəmiləri inşa etmək planlaşdırılır.
Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]
Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib
- 16.10.2026 [20:10]
Bu saata olan əsas xəbərlər
- 16.10.2026 [20:00]
Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur
- 16.10.2026 [19:34]
“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə
- 16.10.2026 [19:29]
Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib
- 16.10.2026 [19:21]
Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib
- 16.10.2026 [19:09]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [19:07]
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
- 16.10.2026 [18:43]
BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır
- 16.10.2026 [18:42]
Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb
- 16.10.2026 [18:40]
Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir
- 16.10.2026 [18:33]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:23]
Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib
- 16.10.2026 [18:20]
Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [18:19]