DONORLUĞU İNKİŞAF ETDİRMƏK ÜÇÜN QANUNVERİCİLİK BAZASI YARADILMALIDIR
Konfransda dövlət və hökumət nümayəndələri, ölkəmizdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və cəmiyyətlərin rəhbərləri, habelə diplomatik korpusun təmsilçiləri iştirak etmişlər. Donorluğun perspektivlərini özündə əks etdirən fəaliyyət proqramı layihəsi iştirakçıların müzakirəsinə verilmişdir.
Mərkəzin direktoru giriş sözü ilə konfransı açaraq, donorluğun inkişafı ilə bağlı mövcud problemlərdən və perspektiv planlardan danışmışdır.
Çıxışlarda vurğulanmışdır ki, Azərbaycanda donorluğun inkişaf etdirilməsi iş adamlarından, imkanlı şəxslərdən də çox asılıdır. Bu işdə ən böyük problem kimi qanunvericilikdəki boşluq göstərilmişdir. Ona görə də donluğu inkişaf etdirmək üçün ilk növbədə dünya standartlarına çavab verən mükəmməl qanunvericilik bazası yaradılmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:00]
Fələstinli səfir: Media etimadın möhkəmləndirilməsinə töhfə verə bilər
- 01.10.2026 [12:00]