Doqquz ay ərzində brakonyerlər 118 min manata yaxın cərimələniblər
Bakı, 15 oktyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları “Ovçuluq haqqında” və “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə riayət olunması vəziyyətinin araşdırılması məqsədilə mütəmadi reydlər keçirirlər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, doqquz ay ərzində keçirilən reydlər zamanı icazəsiz ov edən 90 yerli, 15 əcnəbi vətəndaş saxlanılaraq onlardan 93 ov tüfəngi, müxtəlif ov alətləri, ovlanmış quş və heyvan götürülüb.
Brakonyerlər barəsində protokollar tərtib olunaraq 99 nəfərə 117 min 698 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib. Altı brakonyerin şəxsiyyətinin müəyyənləşdirilməsi və barələrində qanunauyğun tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına məktub göndərilib.
Hazırda reydlər davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]