Dörd ayda əhaliyə 3504 milyon manatlıq ödənişli xidmətlər göstərilib
Bakı, 20 may, AZƏRTAC
Yanvar-aprel aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 11,9 faiz artaraq 3504,0 milyon manat olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 2639,8 milyon manatlıq xidmət göstərilib. Bu, xidmətlərin ümumi dəyərinin 75,3 faizini təşkil edir. Cari ilin yanvar-aprel aylarında hər bir ölkə sakini orta hesabla 345,7 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 63,9 manat çox müxtəlif ödənişli xidmətlərdən yararlanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:19]
Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb
- 12.06.2026 [16:58]