Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dostluqdan şöhrətə uzanan yol: Görkəmli azərbaycanlı memarların uğurlu həyat hekayəsi

Dostluqdan şöhrətə uzanan yol: Görkəmli azərbaycanlı memarların uğurlu həyat hekayəsi

Bakı, 22 aprel, AZƏRTAC

XX əsr Azərbaycan memarlıq tarixinin ən parlaq simaları olan Mikayıl Hüseynov və Sadıq Dadaşovun anadan olmasından 119 il keçir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi doğum tarixləri aprel ayına təsadüf edən hər iki görkəmli incəsənət xadiminin fəaliyyətindən bəhs edən məqalə hazırlayıb.

AZƏRTAC məqaləni təqdim edir.

Zəngin yaradıcılığı memarlar nəsli üçün əsl ilham mənbəyi olan Mikayıl Ələsgər oğlu Hüseynov 1905-ci il aprelin 19-da Bakıda zadəgan ailəsində anadan olub. Kiçik yaşlarından təsviri sənətə hədsiz maraq göstərən M.Hüseynov fitri istedadı ilə yaşıdlarından seçilir, gələcəkdə memar olacağını deyirdi.

1922-ci ildə Bakı real məktəbində ilk təhsilini başa vurduqdan sonra Azərbaycan Politexnik İnstitutunun mühəndis-inşaat fakültəsinə daxil olan M.Hüseynov tələbəlik illərindən maddi-mədəniyyət nümunələrinə fərqli baxışı ilə diqqət çəkir. Belə ki, 1924-cü ildə gənc memar tərəfindən Şirvanşahlar Sarayı Kompleksinin araşdırılması mütəxəssislər arasında sensasiya yaradır. Daha sonra o, dahi Nizami Gəncəvinin abidəsinin layihə müsabiqəsində iştirak edir və mükafata layiq görülür.

Görkəmli sənətkarın Azərbaycanda aparılan geniş inşaat işlərinə qoşulması isə 1930-cu illərə təsadüf edir. Yarım əsrdən artıq bir dövrü əhatə edən fəaliyyəti ərzində M.Hüseynov Azərbaycanın milli memarlıq ənənələrini öz yeni axtarışları ilə zənginləşdirib, müasir texnologiyalardan istifadə edərək monumental tikililərin qiymətli nümunələrini yaradıb. O, Bakıda Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının əsas binası və onun elmi-tədqiqat institutları, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası (Bakı Musiqi Akademiyası), Azərbaycan Pedaqoji Universiteti kimi elm mərkəzlərini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin (Sadıq Dadaşov ilə birgə), Azərbaycan Dövlət Kitabxanası, Azərbaycan SSR Daxili İşlər Nazirliyi Arxiv İdarəsi, Neft Sənayesi Nazirliyi kimi əhəmiyyətli binaların layihəsini hazırlayıb. Bununla yanaşı, Bakıda bir çox mədəni-məişət ocaqları, habelə Bakı metrosunun “Elmlər Akademiyası”, “Nəriman Nərimanov” və “Nizami” stansiyalarının memarlıq işləri də onun adı ilə bağlıdır.

Azərbaycan arxitekturasının təkmilləşməsi və yüksəlişində özünəməxsus dəst-xətti olan M.Hüseynov Bakı ilə yanaşı, Gəncə, Naxçıvan, Şəki, Qazax şəhərlərində də bir çox yaşayış evləri, ictimai binalar, məşhur elm və mədəniyyət ocaqlarının layihələrini ustalıqla hazırlayıb. O, ölkəmizdən kənarda da istedadını məharətlə nümayiş etdirib. Berlin, Moskva, Düşənbə şəhərlərində Şərq milli koloritli və ornamentləri ilə seçilən bir çox abidə və mədəni-məişət binalarının layihələri məhz M.Hüseynov təxəyyülünün məhsuludur.

Görkəmli memar, alim və pedaqoq M.Hüseynov milli memarlığın inkişafında müstəsna xidmətlərinə görə Azərbaycanın, keçmiş SSRİ-nin ən yüksək mükafatlarına, orden və medallarına, SSRİ xalq memarı, Sosialist Əməyi Qəhrəmanı adlarına layiq görülüb. Böyük Britaniya və İrlandiya Kral Asiya Cəmiyyətinin fəxri üzvü, SSRİ Ali Sovetinin iki, Azərbaycan SSR Ali Sovetinin üç çağırış deputatı seçilib.

Ömrünün böyük bir hissəsini memarlıq elminin və inşaat texnikasının inkişafına həsr edən M.Hüseynov 1992-ci il oktyabrın 7-də 87 yaşında Bakıda dünyasını dəyişib.

Sadıq Dadaşovun irsi də XX əsr Azərbaycan memarlıq tarixində əzəmətli sənət əsərlərinin təşəkkülü ilə yadda qalıb.

Sadıq Ələkbər oğlu Dadaşov 1905-ci il aprelin 15-də Bakıda dünyaya göz açıb. Onun uşaqlıq və gənclik illəri həmyaşıdı olan yaxın dostu, sonralar görkəmli rəssam kimi tanınan Mikayıl Hüseynovla birgə keçib. Onlar həm Bakı real məktəbində, həm də Azərbaycan Politexnik İnstitutunun mühəndis-inşaat fakültəsində eyni ildə təhsil alaraq, yaradıcılıq yollarında uzun illər birgə addımlayıblar. Sinif otaqlarından başlayan bu ayrılmaz dostluq sonralar birlikdə həyata keçirdikləri böyük layihələrə təzahür edib, hətta aralarındakı dərin münasibətlər qohumluq əlaqələrinə çevrilib (M.Hüseynovun bacısı S.Dadaşovla ailə həyatı qurub).

S.Dadaşov institutu bitirdikdən sonra dörd il ərzində (1929-1933) 23 tikilinin layihəsini verir. Bunlara Bakıdakı fabrik-mətbəx (Bayıl), Azərbaycan Sənaye İnstitutunun yeni binası (indiki ADNA), incəsənət işçiləri üçün ev, bir sıra yaşayış binaları kompleksi, Qazaxdakı Pedaqoji Texnikumun binası aiddir.

Dadaşovun əsas işləri sırasında Azərbaycan Texniki Universitetinin, Nizami Gəncəvi adına kinoteatrın, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası (Bakı Musiqi Akademiyası), Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin (M.Hüseynovla birgə) binalarını qeyd etmək olar. O həmçinin Nizami Gəncəvinin 1946-cı ildə Gəncədə, 1949-cu ildə isə Bakıda qoyulan abidələrinin layihə müəllifidir.

Azərbaycan sovet memarlığının banilərindən sayılan S.Dadaşovun yaradıcılığı respublikadan çox-çox uzaqlarda da tanınıb və şöhrət qazanıb. Onun sənət nailiyyətlərindən biri də Moskvada tikilmiş Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi (XTNS) kompleksinin Azərbaycan pavilyonu olub. Bu layihə də S.Dadaşovun öz həmkarı M.Hüseynovla birgə ərsəyə gətirdiyi əsrarəngiz memarlıq nümunəsidir ki, hər iki memar bu uğurlu işə görə SSRİ Dövlət mükafatına layiq görülüb.

S.Dadaşov, həmçinin Azərbaycan memarlıq irsinin ilk elmi tədqiqatçısıdır. O və dostu M.Hüseynov Şirvanşahlar Sarayı Kompleksinin, Naxçıvan şəhərindəki Möminə Xatun və Yusif Küseyir oğlu türbələri, Qarabağlar türbəsi yanındakı minarəli tağı, Bərdə şəhərindəki Nüşabə türbəsi və onlarca digər orta əsr memarlıq abidəsinin ilk tədqiqatçıları olublar.

Azərbaycan dövləti S.Dadaşovun fəaliyyətini və ölkə qarşısındakı elmi-yaradıcı əməyini yüksək qiymətləndirib. Ona “Azərbaycan SSR Əməkdar incəsənət xadimi” fəxri adı verilib, SSRİ Dövlət mükafatı laureatı adını alıb, müxtəlif orden və medallarla təltif edilib.

Azərbaycanın böyük incəsənət xadimi S.Dadaşov 24 dekabr 1946-cı ildə 41 yaşında Moskvada dünyasını dəyişsə də, doğma şəhəri Bakıda dəfn olunub.

Prezident İlham Əliyevin 2022-ci il oktyabrın 8-də imzaladığı Sərəncama əsasən, Bakı şəhərində Mikayıl Hüseynov və Sadıq Dadaşovun birgə abidəsinin ucaldılması qərara alınıb və hazırda layihənin həyata keçirilməsi istiqamətində müvafiq işlər görülür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şosesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib

Energetika Nazirliyində YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib

Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib

Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb

Mərkəzi Bankın sədri “Global Finance”a müsahibəsində Azərbaycanın maliyyə islahatlarından danışıb