Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÖVLƏT BAŞÇILARININ BİRGƏ MƏTBUAT KONFRANSI

AZƏRTAC-ın müxbirləri xəbər verirlər ki, sənədlərin imzalanma mərasimindən sonra Azərbaycan və Gürcüstan prezidentləri birgə mətbuat konfransı keçirmişlər.

Əvvəlcə dövlət başçıları bəyanatlarla çıxış etdilər.

GÜRCÜSTAN PREZİDENTİ MİXAİL SAAKAŞVİLİNİN

BƏYANATI

- Cənab Prezident!

Mən Sizə, habelə qardaş Azərbaycan xalqına bir daha qardaşlıq salamı ilə müraciət etmək istəyirəm. Müsaidənizlə, bir neçə kəlmə gürcücə deyəcəyəm. Sonra, təbii ki, hamının başa düşdüyü dildə danışacağıq.

Mən bir daha nəzərə çarpdırmaq istəyirəm ki, iqtisadi münasibətlərimiz çox dinamik inkişaf edir. İlham Heydəroviç, Siz öz ölkənizin Prezidenti olduqdan və Gürcüstana yeni hakimiyyət gəldikdən sonra əmtəə dövriyyəsi, əslində, iki dəfə artmışdır. Bu, çox əlamətdar göstəricidir. Çox şadıq ki, Siz qaçaqmalçılıqla apardığımız mübarizəyə rəğbətlə yanaşırsınız. Ona görə də istərdim ki, qonşularımızın hamısı buna rəğbətlə yanaşsınlar. Zənnimcə, bu məsələdə Azərbaycandan nümunə götürmək olar.

Biz bir-birimizin tərəqqi, inkişaf etməsini istəyirik. Bu gün biz dəmir yolu tariflərinin aşağı salınması haqqında mühüm sazişə nail olduq. Bu, yüklərin buraya cəlb edilməsi üçün çox vacibdir. Biz vergi, gömrük tariflərimizi eyniləşdirməyə başlayırıq və maliyyə sistemlərimizi eyniləşdirmək yolu ilə gedirik. Hesab edirik ki, Azərbaycan bizim üçün, təbii olaraq, mühüm tərəfdaşdır, qardaş, dostdur, həmçinin gələcək inkişafımızın rəhni, əsasıdır.

Gürcüstanda Azərbaycana xüsusi, qardaşcasına münasibət bəslənilir. Bunun təməli keçmişdə qoyulmuşdur – biz tarixən həmişə, xüsusən də ölkələrimiz müstəqilliyə qovuşduqdan sonra dostluq etmişik. Mən Gürcüstanın Azərbaycan üçün əhəmiyyətini gözəl başa düşən, münasibətlərimizin əhəmiyyətini gözəl başa düşən və yeni Azərbaycan dövlətçiliyinin banisi, müasir Azərbaycan millətinin atası olan və təbii ki, öz nümunəsi ilə təkcə azərbaycanlıları deyil, Azərbaycanın qonşularını da ruhlandıran atanız Heydər Əliyevin rolunu ayrıca qeyd etmək istəyirəm. Gürcüstanda onu çox qiymətləndirirdilər və indiyədək də qiymətləndirirlər, regionumuzun möhkəmlənməsində onun rolunu gözəl başa düşürlər. Hesab edirəm ki, atanızın gördüyü işlər, son aylarda və illərdə hökumətlərimizin gördüyü işlər xalqlarımızın rifahına, gələcək inkişafına real təsir göstərməlidir.

Sizi bir daha salamlayırıq. Bu gün bizdə, Gürcüstanda böyük bayramdır və bu, təkcə Gürcüstan hökuməti və Prezidenti üçün deyil, həqiqətən, hər bir ailə üçün də bayramdır. Bunu xüsusi vurğulamaq lazımdır.

Sağ olun.

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN

BƏYANATI

- Cənab Prezident!

Hörmətli xanımlar və cənablar!

Əziz dostlar!

İlk növbədə, qardaş Gürcüstana səfər etmək barədə dəvətinə görə Gürcüstan Prezidenti cənab Mixail Saakaşviliyə təşəkkür etmək istərdim.

Ölkələrimiz arasında münasibətlər həmişə çox uğurla inkişaf etmişdir, bizi həmişə dostluq, qardaşlıq, qarşılıqlı yardım, qarşılıqlı dəstək telləri bağlamışdır. Çox dəyərlidir ki, ölkələrimizin müstəqil dövlətlər kimi təşəkkülü illərində bu münasibətlər inkişaf etmiş və möhkəmlənmiş, indi strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Gürcüstanla Azərbaycan arasında çox yüksək səviyyədə qarşılıqlı anlaşma var, istər beynəlxalq aləmdə, istərsə də regional səpkidə və ölkələrimiz çərçivəsində fəaliyyətimizi əlaqələndiririk. Bizi qədim köklərə malik mədəni, tarixi əlaqələr sıx bağlayır və biz bu dostluqla, bu qardaşlıqla çox fəxr edirik.

İndi Gürcüstanda və Azərbaycanda yeni rəhbərlər var. Məlum olduğu kimi, ölkələr arasında münasibətlər onların rəhbərləri arasında münasibətlərdən də xeyli dərəcədə asılıdır. Mən Gürcüstana çox böyük nümayəndə heyəti ilə təsadüfən gəlməmişəm. İstəyirəm ki, dialoq təkcə prezidentlər səviyyəsində deyil, həm də icra hakimiyyətinin, qanunvericilik hakimiyyətinin bütün qolları səviyyəsində olması üçün, bu əlaqələrin konstruktiv xarakter daşıması üçün nümayəndə heyətimizin üzvləri gürcü həmkarları ilə fəal ünsiyyətdə olsunlar. Prezidentlər arasında qarşılıqlı anlaşmaya gəldikdə isə, zənnimcə, bu barədə danışmağa lüzum yoxdur. Məncə, ölkələrimizin bəxti gətirmişdir ki, onların prezidentləri dostdurlar. Azərbaycanda biz cənab Mixail Saakaşvilinin çox uğurlu səfərini xatırlayırıq və aparılmış danışıqlar, keçirilmiş görüşlər, imzalanmış sazişlər bizi daha da yaxınlaşdırdı. Bizim bundan sonra, beynəlxalq tədbirlər çərçivəsində də görüşlərimiz olmuşdur. Hər bir beynəlxalq forumda, harada olurduqsa-olaq, həmişə görüşür, ən geniş səpkili məsələləri müzakirə etmişik. Bu gün mən Gürcüstana gəlmişəm və buna çox şadam. Gürcüstan torpağında olmaq mənə çox xoşdur. Deməliyəm ki, buraya gəldiyimiz ilk dəqiqələrdən mən böyük diqqətlə əhatə olunmuşam, bizə böyük qonaqpərvərlik göstərilir.

Bizi çox mühüm iqtisadi və siyasi layihələr, nəqliyyat layihələri birləşdirir və əlbəttə ki, ölkələrimizin gələcəyi bütün planlarımızın uğurla həyata keçirilməsindən asılı olacaqdır. Ölkələrimizin gələcəyi isə, biz əminik, uğurlu olacaq, çiçəklənən gələcək olacaqdır. Azərbaycan xalqı, Gürcüstan xalqı ən yüksək səviyyədə yaşamağa layiqdirlər. Buna görə də indiki mürəkkəb tarixi zaman kəsiyində ölkələrə rəhbərlik etmək etibar olunmuş şəxslərin vəzifəsi ölkələrimizi irəli aparmaq üçün onlardan asılı olan bütün işləri görməkdən ibarətdir. Mən qəti əminəm ki, xalqlarımızın firavanlığı, əmin-amanlığı yalnız qarşılıqlı əlaqə, qarşılıqlı fəaliyyət və bir-birimizi dəstəkləməyimiz sayəsində mümkündür. Bütün bu amillər var və mən əminəm ki, bugünkü görüşlər, imzalanmış sazişlər, habelə gələcək əlaqələrimiz bu məqsədə xidmət edəcəkdir.

Qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm.

X X X

Sonra dövlət başçıları jurnalistlərin suallarına cavab verdilər.

SUAL: Cənab Prezident, Sizcə, sazişlər, digər sənədlər imzalandıqdan sonra iki ölkənin münasibətləri necə dəyişəcək və Bakı-Ərzurum layihəsinin nə kimi perspektivi var? Daha bir sual, amma təkcə Gürcüstan Prezidentinə. İcazənizlə, sualımı gürcücə verim. Bizdə olan məlumata görə, ölkəmizin Rusiyadakı səfiri Kote Kemulariya Gürcüstan Ali Məhkəməsinin sədri təyin olunmuşdur. Xahiş edirəm, bu barədə məlumat verəsiniz.

İLHAM ƏLİYEV: Dediyim kimi, ölkələrimiz arasında münasibətlər bütün istiqamətlərdə uğurla inkişaf edir. İmzalanmış sazişlər bizi daha da yaxınlaşdıracaqdır. Qarşılıqlı münasibətlərimizin səviyyəsi çox yüksəkdir. Əlbəttə ki, imzalanmış sazişlərin həyata keçirilməsi çərçivəsində atılacaq bütün addımlar daha böyük inteqrasiyamıza kömək edəcəkdir. Bakı-Tbilisi-Ərzurum təkcə region üçün deyil, həm də bütün dünya üçün, Avropa üçün mühüm energetika layihəsidir və o, uğurla həyata keçirilir və nəzərdə tutulan müddətdə istismara veriləcəkdir. Bu layihə də inteqrasiyamızın, belə demək mümkündürsə, iqtisadi gələcəyimizin qarşılıqlı asılılığının çox mühüm elementidir.

MİXAİL SAAKAŞVİLİ: O ki qaldı Kote Kemulariya barədə məlumata, bu məlumat düz deyildir. Biz onu bu vəzifəyə təyin etmək fikrindəyik. Bunu onun özünə hələ rəsmən bildirməmişik. Kote Kemulariya haqqında onu deyə bilərəm ki, o, Gürcüstan Ali Məhkəməsinin sədri vəzifəsinə ən real namizəddir. O, çox fəal, böyük potensiala malik, savadlı, yenilməz iradəli, qətiyyətli insandır. Gürcüstanın indiki vəziyyətində - ölkədə cinayətkarlığın, özbaşınalığın, qaçaqmalçılığın baş alıb getdiyi indiki vəziyyətdə o, bizə çox gərəkdir. Bir sözlə, o, bütün tələblərə cavab verən kadrdır. Məncə, biz seçimimizdə yanılmamışıq və öz qərarımızda israrlıyıq.

SUAL: Cənab Saakaşvili, Sizin Türkiyəyə səfəriniz zamanı Türkiyə ilə Gürcüstan arasında dəmir yolu məsələsində razılaşma əldə edilmişdir. Lakin onda qeyd olunmuşdu ki, donorlarla bağlı problem var. Bəs, bu layihənin gerçəkləşdirilməsi üçün indi donorlar məsələsi nə yerdədir? Eyni sualı Azərbaycan Prezidentinə də verirəm. Bu dəmir yolunun çəkilməsinin Azərbaycan üçün də strateji əhəmiyyəti var, çünki bu layihə həyata keçirilərsə, Türkiyənin və Azərbaycanın Ermənistandan keçən dəmir yoluna ehtiyacı olmayacaqdır. Azərbaycan bu yolun tikintisinə kömək edəcəkmi və necə kömək edəcək?

MİXAİL SAAKAŞVİLİ: Əvvəla, biz demək istəyirik ki, nəqliyyat və infrastruktur, həqiqətən, çox dinamik inkişaf edir. Hazırda Türkiyə İstanbuldan Batumiyə müasir avtomobil yolu çəkir. Gələn payızdan etibarən İstanbuldan Batumiyə, indiki iki gün əvəzinə, əslində, 8-9 saata gəlmək mümkün olacaqdır. Bu yol məsafəni azaldır. Təbii ki, biz müxtəlif özəl firmalarla danışıqlar, o cümlədən Gürcüstanın daxilində böyük yol tikintisinə dair danışıqlar aparırıq. Təbii ki, bu yol Azərbaycana da sərfəli olardı. O ki qaldı dəmir yoluna, bunun üçün əlavə olaraq 700-800 milyon dollar gərəkdir. Türkiyə bu pulları axtarır, biz də pul axtarırıq. Bu, Türkiyə hökuməti üçün önəmli məsələdir. Çünki bu yol Türkiyənin dəmir yolunu Gürcüstan vasitəsilə, Azərbaycan vasitəsilə, Orta Asiya vasitəsilə Çinlə birləşdirərdi, təbii olaraq, əmtəə dövriyyəsi kəskin surətdə artardı.

Biz belə bir razılığa gəldik ki, həm Azərbaycanın, həm də Gürcüstanın dəmir yollarında tariflər aşağı salınacaqdır. İndi böyük rəqabət var, yüklər uğrunda mübarizə aparmaq lazımdır. Biz bu yükləri müəyyən səylərlə əldə edə bilərik. Üstəlik, bu, ən kəsə yoldur – buradan Batumi vasitəsilə, Türkiyə vasitəsilə Rumıniyaya keçid var. Hazırda Rumıniya hökuməti Batumi dəmir yol stansiyasının yenidən qurulmasını maliyyələşdirir. Bu işlər əvvəlki rejim tərəfindən 6-7 il ərzində dayandırılmışdı. Yəni, əslində, Batumi stansiyasına gələn Rumıniya bərəsi dəmir yol bərəsi olacaq və qatarlar elə oradaca yeni yola keçiriləcək və Azərbaycan dəmir yolu ilə birləşə biləcəkdir. Bu, əslində, Orta Asiyadan Avropaya ən qısa yoldur. Bu, yolun biridir. İkinci yol, təbii ki, Türkiyə yoludur. Odur ki, həqiqətən, regionda nəqliyyat kommunikasiyaları baxımından qarşıdakı bir-iki ildə inqilab baş verəcəkdir. Gürcüstan və Azərbaycan bu müddət ərzində öz yüklərini və əmtəə dövriyyələrini itirməmək uğrunda mübarizə aparmalıdırlar. Bizim əmtəə dövriyyəmiz iki dəfə artmışdır. Lakin, eyni zamanda, nəzərə almaq lazımdır ki, biz bir sıra yükləri itirmişik. Təbii ki, böyük rəqabət var, bir sıra başqa ölkələr var, bu işlə özəl şirkətlər də məşğul olurlar, amma coğrafiyadan qaçmaq mümkün deyildir. Əvvəla, bu, ən qısa yoldur. İkincisi, zənnimcə, bu, ən sivilizasiyalı yol olacaqdır. Günki biz sabitliyi - hüquqi sabitliyi, iqtisadi sabitliyi təmin edirik və ölkələrimiz nə qədər dinamik inkişaf edərlərsə, bu, hamı üçün daha aşkar olar. Odur ki, bu mənada bizim çox nikbin əhval-ruhiyyəmiz və planlarımız var.

İLHAM ƏLİYEV: Demək istəyirəm ki, Türkiyə ilə Gürcüstan arasında dəmir yolunun tikintisinin layihəsini Azərbaycan tamamilə dəstəkləyir. Bu, çox mühüm regional layihədir. Bildiyiniz kimi, Gürcüstan, Azərbaycan və Türkiyə bütün regional proseslərin fəal iştirakçılarıdır. Hazırda ölkələrimizin ərazilərində dünyada bu gün üçün ən iri energetika layihəsi həyata keçirilir. İndi ölkələrimiz arasında regional inteqrasiyanın və birgə fəaliyyətin səviyyəsi çox yüksəkdir. Biz əminik ki, Türkiyə ilə Gürcüstan arasında dəmir yolu tikintisinin layihəsi bu regional əməkdaşlığın daha bir elementi olacaqdır. Biz, öz tərəfimizdən, bu layihədə də iştirak etməyə hazırıq. Hesab edirəm ki, layihəni həyata keçirmək üçün beynəlxalq konsorsium yaradıla bilər. Bu qurum həm müxtəlif dövlət, həm də qeyri-hökumət strukturlarından ibarət ola bilər. Ölkələrimiz üçün bu mühüm layihənin həyata keçirilməsində Azərbaycan da fəal iştirak edə bilər.

SUAL: Mənim sualım hər iki prezidentədir. Mixail Saakaşvili çox tez-tez təkrar edir ki, Siz, cənab İlham Əliyev onun qardaşısınız. Cənab Gürcüstan Prezidenti, Siz azərbaycanca bu ifadəni bilirsinizmi: “Xoş gəlmisən, qardaşım!”

MİXAİL SAAKAŞVİLİ: Mən çox dil bilirəm. Sabah biz Marneuliyə gedirik, düşünürəm ki, biz orada birlikdə azərbaycanca danışacağıq. İstərdim ki, azərbaycanca sərbəst danışım. Mən bu dili çox sevirəm. Təbii ki, biz orada yaşayan azərbaycanlıları çox sevirik.

İLHAM ƏLİYEV: Sağ olun. Əlavə etmək istəyirəm ki, mən bu sözlərlə tam razıyam. Çıxışımda dedim ki, Gürcüstan və Azərbaycan rəhbərlərini şəxsi münasibət telləri bağlayır. Bir-birimizə qardaş deməyimiz, sadəcə, gəlişigözəl söz deyildir, bu, əslində, belədir. Bizim aramızda lap əvvəldən həm sıx dostluq, həm də sıx qardaşlıq münasibətləri yaranmışdır. İstər təhsil, istər gələcək fəaliyyət, istər deputatlıq fəaliyyəti, istər yaş baxımından, əlbəttə ki, müasir dünyaya, ölkələrimizin müasir dünyada rolu və yerinə baxış nöqteyi-nəzərindən oxşar cəhətlərimiz çoxdur. Eləcə də vətəndaşlarımızın həyatını necə daha yaxşı etmək baxımından. Əgər siz cənab Saakaşvili ilə bizim bu rolda hələlik qısa fəaliyyətimizə nəzər salsanız, görərsiniz ki, bütün qərarlarımız, bütün fərmanlarımız, bütün işlərimiz vətəndaşlarımızın həyatı üçün daha əlverişli şərait yaradılmasına, ölkələrimizin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə, Gürcüstanın və Azərbaycanın dünyada baş verən proseslərdə daha fəal iştirak etməsinə, Avropaya inteqrasiyaya, çox mühüm iqtisadi layihələrin gerçəkləşdirilməsinə yönəldilmişdir. Zənnimcə, ölkələrimizin ümumi gələcəyi naminə xalqlarımıza məhz layiqincə və şərəfli xidmət etmək arzusu bizi daha çox birləşdirir.

MİXAİL SAAKAŞVİLİ: Mən, sadəcə, qısa demək istəyirəm ki, İlham Əliyev bizim üçün çox çətin olan vəziyyətlərdə həmişə köməyə gəlir. Bəlkə də bunların hamısı mətbuat üçün deyildir, amma çox vacibdir: bizdə hər hansı problem yarandıqda, həmişə ilk olaraq ağlımıza böyük dövlətlər deyil, birinci növbədə, qardaşımız İlham, Azərbaycan və Bakı gəlir, bu, çox vacibdir, bu, bizdə formalaşmış instinqdir. Düşünürəm ki, bu, qarşılıqlı surətdədir. Əslində, bütün bunlar son illər real surətdə təşəkkül tapmış, lakin möhkəmlənmiş olan əməkdaşlığımız üçün tamamilə yeni genetik koddur. Biz tab gətirdik. Sovet respublikalarında hamı qardaş idi, amma məsələ əməli işə gəlib çatanda, necə deyərlər, qarşıya çoxlu ziddiyyətlər çıxırdı. Azərbaycan-Gürcüstan dostluğu yalnız müstəqillikdən sonra möhkəmlənmişdir. Bu, çox vacibdir. Müstəqillikdən sonra yaxınlaşmağımız daha sürətli olmuşdur. Deməli, bu, artıq əbədidir.

SUAL: Cənab prezident, Siz Cənubi Qafqazda separatizmlə mübarizə sahəsində Gürcüstanla Azərbaycan arasında sıx əməkdaşlığın perspektivini necə görürsünüz?

MİXAİL SAAKAŞVİLİ: Mənim üçün çox mühümdür ki, bu gün İlham Əliyev Gürcüstanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəmanların xatirəsini yad etməyə gedəcəkdir. Zənn edirəm, başlıca məsələ bundadır ki, Gürcüstan da, Azərbaycan da sülhsevər dövlətdir. Biz məsələni sülh yolu həll etmək istəyirik. Görün, tutaq ki, Cənubi Osetiyada, yəni mikroskopik ərazidə, əslində, Tbilisinin mərkəzindən də kiçik olan ərazidə nə baş verir. Nədənsə, bu ad bütün dünyaya məlumdur. Lakin biz başlıca məqsədə nail olduq. Biz qaçaqmalçılığın və sərhəddəki kriminal fəallığın qarşısını ala bildik. Bu, birincisi. İkincisi, hamının bildiyi kimi, biz milliyyətindən asılı olmayaraq, öz əhalimizi müdafiə edirik. Onlar davakar dildə danışırlar, biz isə deyirik ki, sizin bu davakar bəlağətinizə əhaliyə pensiya ayırmaqla, gübrə verməklə cavab veririk, biz Gürcüstan hakimiyyətinin ən yüksək dairələrinə sizin üçün bütün yolları açırıq, biz uşaqların qayğısına qalacağıq, qocaların qayğısını çəkəcəyik, bəlkə də 55 nəfərin nifrətinə minlərlə digər həmvətənlərimizə qarşı məhəbbətlə cavab verəcəyimizi göstərmək üçün əlimizdən gələni edəcəyik. Bu, bizim siyasətimizdir. Mən zənn edirəm ki, bölünməyin, parçalanmağın perspektivi yoxdur, yalnız bir perspektiv var – inteqrasiya, əməkdaşlıq, insanların bir-birinə yaxınlaşması. Düşünürəm ki, əgər kimsə bu proseslə ayaqlaşa bilmirsə, o, indi dünyada gedən irəliləyişdən, sadəcə, geri qalacaqdır. Zənn edirəm ki, ölkələrin hamısı bunu başa düşür və bütün məsələləri sülh yolu ilə həll etmək mümkün olacaqdır.

İLHAM ƏLİYEV: Gürcüstan və Azərbaycan təcavüzkar separatizmin əməllərindən zərər çəkmişdir. Ölkələrimizin ərazi bütövlüyü pozulmuşdur. Təbiidir ki, biz bununla barışa bilmərik. İndi, XXI əsrdə yaşadığımız, Avropa və dünya qurumlarına inteqrasiya olunduğumuz bir vaxtda, əlbəttə, dünya təcavüzkar separatizm ocağının hələ də mövcud olması ilə barışa bilməz. Separatizmə münasibətdə ikili standartlar olmamalıdır. Separatizm və hər hansı bir dövlətin ərazi bütövlüyünə qəsd beynəlxalq təşkilatların və iri dövlətlərin çox fəal müdaxiləsinin predmeti olmalıdır. Azərbaycan on ildən çoxdur ki, erməni təcavüzündən və ərazimizin 20 faizinin Ermənistan tərəfindən işğal olunmasından əziyyət çəkir. İndi biz bu təcavüzə son qoymağa çalışırıq. Biz sülh danışıqları aparırıq, lakin hamı bilməlidir ki, Azərbaycan xalqının səbri tükənməz deyildir. Azərbaycan xalqı ərazisinin bir hissəsinin işğal altında olması ilə heç vaxt razılaşmayacaqdır. Şübhəsiz, biz inanırıq ki, Gürcüstanın da ərazi bütövlüyü, Azərbaycanın da ərazi bütövlüyü bərpa olunacaqdır. Çünki, bu, beynəlxalq hüququn əsas amilidir. İstərdim ki, bu, sülh yolu ilə, özü də mümkün qədər tez baş versin.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bəyim Mənəfova: Yeni Azərbaycan Partiyası şəhid ailələrinə hər zaman xüsusi diqqət göstərib

Bənzərsiz musiqi, unudulmaz sənət: Cahangir Cahangirovun 105 illiyi konsertlə qeyd olunacaq

Sentyabrda dövlət sərhədini pоzduqlarına görə 20 nəfər saxlanılıb

® Təhsil işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndidə və Xocalıda olub

Azərbaycanın Baş prokuroru ŞƏT-ə üzv dövlətlərin Baş prokurorlarının 24-cü iclasında iştirak edib

Yeni Azərbaycan Partiyasının fəaliyyəti qənaətbəxş hesab edilib

Elman Cəfərli: Muxtar respublikada qarşıdakı illərdə sosial-iqtisadi inkişaf daha da sürətlənəcək

Ötən ay BŞTİ-yə 20 minə yaxın müraciət daxil olub

Xəzər Universiteti “ADEX 2026” sərgisində iki mühəndislik layihəsi ilə təmsil olunub

Məhkumun həbs olunmamışdan əvvəl torpağa basdırdığı silah-sursat aşkar edilib – BİRGƏ ƏMƏLİYYAT

Davud Rüstəmov: Müdafiə sektorunda yüksək qalıcılığa malik APT hücumları ilə qarşılaşırıq

COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Dövlət Agentliyində istehsalat təcrübəsi keçən tələbələrə sertifikatlar təqdim edilib

Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq

“Murovdağ” yeni səfərə başlayıb: Növbəti istiqamət Braziliyadır

ADPU-da insan alveri ilə mübarizəyə aid seminar təşkil olunub

Buz baltası, dodaq boyası, zəhərli çətir... Beynəlxalq Casusluq Muzeyindən REPORTAJ VİDEO

Buz baltası, dodaq boyası, zəhərli çətir... Beynəlxalq Casusluq Muzeyindən REPORTAJ VİDEO

Azərbaycanın 4 taekvondçusu beynəlxalq turnirdə mübarizə aparacaq

Sabirabad avtomobil yolunun əsaslı təmiri davam etdirilir

AMEA-da doktorantura tədqiqatlarında fənlərarası və multidisiplinar yanaşmaya üstünlük veriləcək

Ankarada iş adamlarına Azərbaycanın investisiya imkanları təqdim olunub

Bəxtiyar İslamov: Azərbaycan gəncliyi öz potensialını reallaşdırmaq üçün geniş imkanlara malikdir

Baş direktor: Azərbaycanda milli kibertəhlükəsizlik ekosistemi formalaşır

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ərqazan məbədi

AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub

BMT-nin Ali Komissarı: Qadınlar münaqişələrin qarşısını almaq və davamlı sülh yaratmaq səylərinin mərkəzində olmalıdırlar

Musa Quliyev: Bu gün qarşımızda daha böyük vəzifələr dayanır

Professor: Albaniyanın sərhədlərinin müəyyənləşdirilməsi istiqamətində mühüm tədqiqatlar aparılıb

Tehran hava limanında uçuşların sayı 42 faiz azalıb

Sumqayıtda məktəbdə zəhərlənənlərin sayı 21-ə çatıb, onların vəziyyətləri stabil qiymətləndirilir – YENİLƏNİB 2 VİDEO

Sumqayıtda məktəbdə zəhərlənənlərin sayı 21-ə çatıb, onların vəziyyətləri stabil qiymətləndirilir – YENİLƏNİB 2 VİDEO

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib

Arif Rəhimzadə: YAP-ın ideoloji əsasını milli dəyərlər və dövlətçilik prinsipləri təşkil edir

Əli Əhmədov: Yeni Azərbaycan Partiyasının nüfuzu ölkənin hüdudlarını aşıb

Fərhad Quliyev: Qafqaz Albaniyasının maddi-mədəni irsi tədqiq edilir

Ukraynalı uşaqların Qəbələnin tarixi məkanlarına ekskursiyası təşkil olunub

Afrika İttifaqı Komissiyası Efiopiya, Eritreya və Misir arasındakı gərginliklə bağlı narahatlığını bildirib

Lucy Chou: İnvestorların təsisçilərdə axtardığı əsas xüsusiyyətlər dəyişməz olaraq qalır

İcraçı direktor: Kibertəhlükəsizlik sektorunda fəaliyyət göstərən şirkətlər güzəştlər əldə ediblər

Kimya İnstitutu qarşıdakı dövr üçün yeni strateji hədəflər müəyyənləşdirib

UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub

Azərbaycan ombudsmanı ENOC-un illik konfransında uşaq hüquqları üzrə təşəbbüslərdən danışıb

Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər

Rusiyanın regionlarına hücumlar nəticəsində bir nəfər ölüb, səkkiz yaralı var

Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO

Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO

Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır VİDEO

Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır VİDEO

Bu saata olan əsas xəbərlər

AMEA rəhbəri: Qafqaz Albaniyasına dair tədqiqatların yeni mərhələsi başlanıb

Vətən müharibəsinin xronikası: 2 oktyabr

ADEX Azərbaycanın müdafiə sənayesində əldə etdiyi imkanların nümayişi üçün mühüm platformadır ŞƏRH

Milli müdafiə sənayesinin inkişafı təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır - ŞƏRH

Fransada liseylərdə etirazlar davam edir

Neft mikrobiologiyası və biotexnologiya sahəsində birgə layihələr nəzərdən keçirilir

Prezidentin köməkçisi: Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır

Hikmət Hacıyev: Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü

Tahir Budaqov: Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir

Şəkidə beynəlxalq teatr bayramı: 4 ölkənin teatr kollektivləri bir araya gəlib

Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək

ABF rəsmisi: Yeni baş məşqçi qadın basketbolunun inkişafına mühüm töhfə verəcək

Pakistan Səudiyyə Ərəbistanını hər hansı hücumdan müdafiə etməyə hazırdır

Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib

Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir

Salyanlı gənclərə rəqəmsal mühitdə gizli manipulyasiya və narkotik riskləri barədə məlumat verilib

Bu il məişət zorakılığından zərər çəkmiş 46 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

Fukuşima AES-də nüvə yanacağının qalıqlarını çıxarmaq üçün robotdan istifadə olunacaq

Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik

"ADEX 2026" davam edir

Meksikanın rəmzi olan ənənəvi qayıq AzMİU tələbələri tərəfindən layihələndiriləcək

Prezident İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq

Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır

Səudiyyə Ərəbistanı Məkkədəki Məscidül-Həramda terror aktına cəhd barədə xəbərləri təkzib edib

Fransada “Həyat xalçası”: Toxuculuq sənəti və insan hekayələri bir arada VİDEO

Fransada “Həyat xalçası”: Toxuculuq sənəti və insan hekayələri bir arada VİDEO

Astanada “AI & Digital Bridge – 2026” forumu keçirilir

Prezident: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi Türk dünyasının gücünü artırır - ŞƏRH

Ötən gün 61 cinayətin açılması təmin olunub

Prezident İlham Əliyev: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir

Kino Agentliyi 5 yeni film layihəsinə maliyyə vəsaiti ayırıb

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndi Məhkəmə Kompleksində olub

Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü keçirilib

Fərrux İrnazarov: Mərkəzi Asiyada ticarət potensialının tam reallaşdırılması üçün bir sıra məsələlərin həlli vacibdir

Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Prezident İlham Əliyev: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir

Astanada travmatoloq-ortopedlərin I Beynəlxalq konqresi keçirilir

Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

Lixtenşteyn yığmasının kapitanı: Azərbaycan millisinin bəxti gətirmədi - MÜSAHİBƏ

Prezident: Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meyilləri yer alsın

SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb

Hikmət Hacıyev: Ermənistan Konstitusiyasındakı müvafiq müddəanın dəyişdirilməsi prosesə müsbət təsir edəcək

Şuşada Azərbaycanın və Gürcüstanın müdafiə nazirləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər

Prezident İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi

Azərbaycan Prezidenti: Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi

Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır

Filippində 7 mədənçinin qazsızma nəticəsində öldüyü ehtimal olunur

Prezidentin köməkçisi: Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir YENİLƏNƏCƏK VİDEO

Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi

Bələdiyyə sədri: Şanlıurfa Türkiyə-Azərbaycan əməkdaşlığına daha çox töhfə verməyə hazırdır