“DÖVLƏT İDARƏÇİLİYİ: NƏZƏRİYYƏ VƏ TƏCRÜBƏ” JURNALININ 13-CÜ NÖMRƏSİ ÇAPDAN ÇIXMIŞDIR
Jurnalın bu sayında Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı ilin I rübü ərzində fəaliyyətinin qısa xronikası, rəsmi qəbullar, xarici ölkələrə və Azərbaycan regionlarına səfərləri haqqında məlumat, ölkəmizin başçısının Yaponiya Beynəlxalq Münasibətlər İnstitutunda keçirilən görüşdəki çıxışının və Dünya Azərbaycanlılarının II qurultayındakı nitqinin mətnləri verilmişdir.
Oxucular bu nömrədə Prezidentin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun “Böyük yolun yolçusu”, Dövlət İdarəçilik Akademiyasının rektoru Seyfəddin Qəndilovun “Xalqın Prezident İlham Əliyevə olan inamı iqtidarın növbəti seçki müvəffəqiyyətini təmin etdi”, Milli Məclisin deputatı, siyasi elmlər namizədi Hadi Rəcəblinin “Avropada inteqrasiya proseslərinin mövcud vəziyyəti və inkişaf perspektivləri”, fəlsəfə elmləri namizədi Bəhruz Qəndilovun “Sosial-tarixi prosesi təqdimetmənin əsas metodoloji prinsipləri, təhsil ocağının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Lalə Əhmədovanın “Beynəlxalq əlaqələrimiz ildən-ilə artır” məqalələrini, Zeynalabdin Ələkbərovun Azərbaycan Konstitusiyası ilə bağlı yazısını oxuya bilərlər.
Jurnalın səhifələrində Dövlət İdarəçilik Akademiyasında keçirilən müxtəlif tədbirlər haqqında qısa icmallar da verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]