Dövlət İmtahan Mərkəzi TOEFL iBT praktik təlimini təşkil edir
Bakı, 19 noyabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) dekabrın 16-da saat 18:30-da, dekabrın 18-19-da isə 15:00-da “Zoom” platforması üzərindən “ETS Global” ilə birgə ESL (ingilis dili ikinci dil kimi) müəllimləri üçün üçgünlük TOEFL iBT®️ Propell®️ praktik təlimini təşkil edir.
DİM-dən AZƏRTAC-a bildirilib ki, bu təlim ingilis dili müəllimlərinin akademik ingilis dilini öyrətməkdə qarşılaşdıqları çətinlikləri aradan qaldırmaq üçün nəzərdə tutulmuş peşəkar inkişaf proqramıdır. Təlimin spikeri “ETS Global”ın Akademik Əlaqələr və ELT koordinatoru Yasemin Arşindir. Təlimdə müəllimlər dilin öyrədilməsi zamanı inteqrasiya olunmuş bacarıqlar yanaşması, bununla bağlı təlimat üsulları və strategiyalarını öyrənəcək, eyni zamanda, TOEFL iBT testinin oxuma, dinləmə, danışıq və yazı bölmələrindən praktiki nümunələr ilə tanış olacaqlar.
Bütün sessiyalarda iştirak edən iştirakçılara sertifikat veriləcək.
Qeydiyyat üçün linklər DİM-in saytında yerləşdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]