DÖVLƏT İQTİSAD UNİVERSİTETİNDƏ MOLDOVALI GƏNCLƏRLƏ GÖRÜŞ OLMUŞDUR
Universitetin rektoru, Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyasının sədri, professor Şəmsəddin Hacıyev nümayəndə heyətini səmimi salamlamışdır.
Sonra qonaqlarla dəyirmi masa keçirilmişdir.
Şəmsəddin Hacıyev respublikamızın təhsil sisteminin, o cümlədən rəhbərlik etdiyi ali məktəbin Avropa təhsil məkanına - Bolonya prosesinə qoşulduğunu nəzərə çarpdırmış, universitetin fəaliyyəti, onun beynəlxalq əlaqələri haqqında geniş məlumat vermişdir. Bildirmişdir ki, bu ali təhsil ocağında bakalavr və magistr pillələri üzrə yüksək ixtisaslı kadrlar hazırlanır.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev, nümayəndə heyətinin rəhbəri Valentin Krudu, Moldovanın ölkəmizdəki səfiri Mixail Laur və başqaları çıxış edərək Azərbaycan və Moldova xalqlarının mehriban dostluq münasibətlərinin əhəmiyyətindən danışmış, təhsil əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulamışlar.
Sonra moldovalı gənclər universitetdəki tədris şəraiti ilə tanış olmuşlar.