Dövlət Komissiyası narkomaniya ilə bağlı maarifləndirmə tədbirlərini genişləndirir
Bakı, 17 iyul, AZƏRTAC
Narkotik vasitələrin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması üçün vətəndaşların bu sahədə fəallığının artırılması məqsədilə bu ilin iyul ayından etibarən ölkə üzrə radio kanallarında "802 Qaynar xətt" xidmətinin fəaliyyət istiqamətlərinə dair hazırlanmış sosial rolikin yayımına başlanılıb.
Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.
Bildirilib ki, yayım Audiovizual Şura ilə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.
Maarifləndirici videoçarxın radio kanallarında uzun müddət yayımlanması nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [19:57]
“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO
- 30.09.2026 [17:06]