Dövlət Neft Şirkətində BMT İnkişaf Proqramının nümayəndələri ilə görüş keçirilmişdir
Bakı, 31 may (AZƏRTAC). Mayın 31-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramının nümayəndələri ilə görüş keçirmişdir.
AZƏRTAC xəbər verir ki, görüş zamanı ARDNŞ və BMT-nin İnkişaf proqramı arasında əməkdaşlığın gücəndirilməsinə dair məsələlər müzakirə olunmuşdur.
Tərəflər diqqəti ətraf mühitin qorunması, ARDNŞ-in istehsalat sahələrində enerji effektivliyinin artırılması sahəsində görülən tədbirlərə yönəltmiş, istixana qazlarının inventarlaşdırılması sahəsində Qlobal Ətraf mühit üzrə Fondun təqdim etdiyi qrant vəsaitinə birgə müraciətin edilməsi və bu sahədə əməkdaşlığın qurulmasının vacibliyini vurğulamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]