Dövlət Neft Şirkətinin Ekologiya İdarəsinin əməkdaşları Qlazqoda keçirilən təlim kursunda iştirak etmişlər
Bakı, 20 may (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsinin nümayəndələri Böyük Britaniya Birləşmiş Krallığının Qlazqo şəhərində Britaniya Standartlar İnstitutu (BSİ) tərəfindən keçirilən “Ekologiya sahəsində aparıcı auditor” (IEMA Approved Lead Environmental Auditor Course) təlim kursunda iştirak etmişlər.
AZƏRTAC xəbər verir ki, kursda dinləyicilərə müəssisə və təşkilatlarda ətraf mühitin mühafizəsi işinin təşkili, ətraf mühitə mənfi ekoloji təsirlər və aspektlər, onların qiymətləndirilməsi, ekoloji həssas ərazilər, risklər, ekoloji auditin əsasları və prinsipləri, İSO-14001 “Ekologiya İdarəetmə Standartı” və onun tələbləri, ekoloji menecmentin əsasları, o cümlədən ekoloji prosedur və normalar barədə mühazirələr oxunmuşdur. Bundan əlavə ekoloji aspektlərin qiymətləndirməsi üzrə treninqlər təşkil olunmuşdur.
Sonda iştirakçıların biliklərinin qiymətləndirilməsi məqsədilə imtahan keçirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]