Dövlət Neft Şirkətinin idarə və müəssisələrinin ərazisindəki yaşıllıq sahələrində monitorinq aparılmışdır
Bakı, 6 iyun (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsinin yaşıllaşdırma departamentinin mütəxəssisləri tərəfindən şirkətin idarə və müəssisələrinin ərazisindəki yaşıllıq sahələrində monitorinq aparılmışdır.
Ekologiya idarəsindən AZƏRTAC-a bildirmişlər ki, keçirilən monitorinqdə əsasən yaşıllıqlara göstərilən aqrotexniki qulluq işlərinin norma və prosedur qaydalara uyğunluğu yoxlanılmışdır. Mütəxəssislər bu sahəyə cavabdeh şəxsləri təlimatlandıraraq, onlara yay mövsümündə yaşıllıqlara qulluq işlərinin keyfiyyətinin artırılması məqsədi ilə müvafiq məsləhət və tövsiyələr vermişlər.
Həmçinin departamentin əməkdaşları tərəfindən yaşıllıq sahələrində müşahidə olunan xəstəlik və zərərvericilərə qarşı dərmanlama işlərinin aparılmasına nəzarət edilmiş, ətraf mühitə ziyan vurmayan müasir preparatlardan, üzvi və mineral gübrələrdən istifadə edilməsi məsləhət görülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]