Dövlət qulluğuna qəbul olunmaq istəyənlər üçün təkrar elektron sınaq imtahanı keçiriləcək
Bakı, 12 mart, AZƏRTAC
Dövlət qulluğuna qəbul olunmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanı keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildiriblər ki, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə martın 17-də keçiriləcək.
İmtahan saat 10:00-da başlanacaq.
Namizədlər imtahanı DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanındakı binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. Qeyd olunan imtahanda iştirak üçün online qeydiyyat martın 17-si saat 9.00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidinə daxil olmaq lazımdır.
Sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) faydalanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak üçün DİM-in saytında online qeydiyyatdan keçmək lazımdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:00]
Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur
- 11.06.2026 [18:20]
Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır
- 11.06.2026 [18:17]
Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir
- 11.06.2026 [18:04]
Agentlik: Bu il 116 mindən çox şagird məzun olur
- 11.06.2026 [17:13]
Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub
- 11.06.2026 [16:30]