Dövlət qulluğuna qəbul üçün müsahibə davam edir: bu günədək 36 nəfər uğur qazanıb
Bakı, 21 avqust, AZƏRTAC
Ümumilikdə 10 dövlət orqanında 158 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 12-də elan olunmuş müsabiqənin müsahibə mərhələsi davam edir.
Avqustun 21-i saat 16:10-a olan məlumata görə, müsabiqənin müsahibə mərhələsində iştirak etmiş şəxslərdən 36 nəfər müxtəlif vəzifələrə uyğun bilinib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, iyulun 29-dan başlanan müsahibələr noyabrın 5-də yekunlaşacaq. Müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə Mədəniyyət Nazirliyi (54 vəzifə) tərəfindən çıxarılıb.
Qeyd edək ki, müsahibədə iştirak üçün sənəd qəbulu iyulun 12-də başa çatıb və 2163 namizəd qeydiyyatdan keçib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.05.2026 [14:02]
ADAU-da məhsul itkilərinin azaldılması yolları təqdim edilib
- 15.05.2026 [13:17]
Folklor İnstitutunda mifologiya və “Dədə Qorqud”la bağlı elmi seminar
- 15.05.2026 [13:08]
Mingəçevir Dövlət Universitetinə 500 elmi kitab hədiyyə edilib
- 15.05.2026 [12:30]
BMT rəsmisi Azərbaycanın müasir inkişaf modelini yüksək qiymətləndirib
- 15.05.2026 [12:14]