Yaponiya kəskin inflyasiya ilə qarşılaşıb
Bakı, 15 may, AZƏRTAC
2026-cı ilin aprel ayında Yaponiyada topdansatış inflyasiya son üç ilin ən yüksək həddinə çatıb.
AZƏRTAC xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, aprel ayında korporativ malların qiymət indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz yüksəlib. İdxal qiymət indeksi isə 17,5 faiz artıb ki, bu da 2022-ci ilin dekabr ayından bəri ən yüksək göstəricidir.
Analitiklər qeyd edirlər ki, milli valyutanın dəyərdən düşməsi enerji şokunu daha da dərinləşdirib. Belə ki, neft məhsulları və kömür 5,3 faiz, kimya sənayesi məhsulları 9,2 faiz bahalaşıb.
“Bloomberg” agentliyi isə öz növbəsində digər inflyasiya göstəricisinə diqqət çəkib. 20 illik dövlət istiqrazlarının faiz dərəcəsi 6,5 bənd artaraq 3,61 faizə - 1996-cı ildən bəri ən yüksək səviyyəyə çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [23:28]
Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]