Pakistanda terror aktı: azı 9 nəfər həlak olub, 35 yaralı var
Bakı, 15 may, AZƏRTAC
Pakistanın şimal-qərbində yerləşən Xayber Paxtunxva əyalətində təhlükəsizlik qüvvələrinə qarşı kamikadze hücumu nəticəsində bir mülki şəxs və azı səkkiz hərbçi həlak olub.
AZƏRTAC Pakistan mediasına istinadla xəbər verir ki, cümə axşamı gecəsi partlayıcı maddə ilə yüklənmiş nəqliyyat vasitəsinin Əfqanıstanla sərhəddə yerləşən Bajaur rayonundakı kəşfiyyat düşərgəsinə girməyə cəhd etməsi nəticəsində daha 35 hərbi qulluqçu yaralanıb.
Kəşfiyyat düşərgəsinin darvazası və ətraf divarları zədələnib.
Hücuma görə hələlik heç bir qrup terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [23:28]
Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]