Almaniya hökuməti ikinci rübdə iqtisadi artımın əhəmiyyətli dərəcədə zəifləyəcəyini gözləyir
Berlin, 15 may, AZƏRTAC
Almaniya hökuməti Hörmüz boğazında yaranmış blokadanın və İran müharibəsinin ölkə iqtisadiyyatına mənfi təsir göstərəcəyi barədə xəbərdarlıq edib.
AZƏRTAC xəbər verir ki, İqtisadiyyat Nazirliyinin aylıq hesabatında mövcud göstəricilərin bu ilin ikinci rübündə iqtisadi artımı əhəmiyyətli dərəcədə zəiflədəcəyi bildirilib.
Nazirliyin məlumatına görə, artan qiymətlər, tədarük zəncirində yaranan problemlər və qeyri-müəyyənlik həm şirkətlərin, həm də əhalinin əhvali-ruhiyyəsinə mənfi təsir göstərir. Sənaye sektorunda vəziyyət zəif olaraq qalır. Son dövrdə sifarişlər artsa da, bunun əsasən İran müharibəsinin başlanmasından əvvəl verilmiş sifarişlərlə bağlı olduğu bildirilir. Yaz aylarında iqtisadi canlanmanın hələlik müşahidə olunmadığı qeyd edilib. Apreldə inflyasiya səviyyəsi 2,9 faizə yüksələrək 2024-cü ilin yanvarından bəri ən yüksək həddə çatıb. Qeyd olunub ki, enerji qiymətlərinin bahalaşması əhali arasında iqtisadi əhvali-ruhiyyəyə də mənfi təsir göstərir və bu, ikinci rübdə istehlakın zəifləyəcəyini deməyə əsas verir.
Hökumətin qiymətləndirməsinə görə, iqtisadi vəziyyətin gələcək inkişafı Yaxın Şərqdəki münaqişənin nə qədər davam etməsindən, eləcə də ticarət marşrutları və istehsal güclərinin nə dərəcədə zərər görməsindən asılı olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.05.2026 [15:02]
Şahzadə Harrinin həyat yoldaşı ailənin əsas gəlir mənbəyinə çevrilib
- 15.05.2026 [14:49]
İran XİN: Tehran heç vaxt nüvə silahı əldə etmək istəməyib
- 15.05.2026 [14:48]
TRACECA Hökumətlərarası Komissiyasına sədrlik Qazaxıstana keçib
- 15.05.2026 [14:21]
Avropada 1,3 milyon evsiz insanın 350 mini Fransada yaşayır
- 15.05.2026 [13:50]
Yunanıstan adalarında turizmə məhdudiyyətlər tətbiq olunacaq
- 15.05.2026 [12:44]
Qazaxıstan və Özbəkistan liderləri Türküstanda yeni məscidi ziyarət ediblər
- 15.05.2026 [12:18]
Rusiya ilə Ukrayna arasında hərbi əsir mübadiləsi aparılıb
- 15.05.2026 [12:14]