Dövlət qulluğuna qəbul üçün vakant vəzifələrə qeydiyyat bu gün başa çatır
Bakı, 9 mart, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan icraçı vəzifələr üzrə (B növü) dövlət qulluğuna qəbul üçün elan olunmuş müsabiqədə vakant vəzifələrə qeydiyyat martın 9-u saat 18:00-dək davam edəcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsabiqənin müsahibə mərhələsində iştirak edə bilər.
Müraciəti qeydə alınmayanlar, eləcə də digər vakant vəzifələrin tutulması üçün yenidən müsahibə elanları veriləcək. Elanlarda hər bir vəzifə üzrə ətraflı məlumat, müsahibədə iştirak etmək hüququ verən sertifikat, müsahibə proqramı və digər zəruri məlumatlarla tanış olmaq mümkündür.
Müsabiqə haqında http://eservices.dim.gov.az/dqq/Report/MsbMshDOUzreHesabat?ElanID=5 linkində daha ətraflı məlumat əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:00]
Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur
- 11.06.2026 [18:20]
Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır
- 11.06.2026 [18:17]
Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir
- 11.06.2026 [18:04]
Agentlik: Bu il 116 mindən çox şagird məzun olur
- 11.06.2026 [17:13]
Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub
- 11.06.2026 [16:30]