Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə: müsahibəyə 408 vakant vəzifə çıxarılıb
Bakı, 24 avqust, AZƏRTAC
Dövlət qulluğunun A (inzibati rəhbər) və B növünə (inzibati icraçı) aid vakant inzibati vəzifələr üzrə avqustun 5-də elan olunmuş müsabiqənin müsahibə mərhələsinə qeydiyyat davam edir.
Müsahibədə iştirak üçün namizədlər sentyabrın 3-ü saat 18:00-dək Dövlət İmtahan Mərkəzinin (DİM) internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidirlər.
DİM-dən AZƏRTAC-a bildirilib ki, müsahibəyə mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla inzibati dövlət qulluğu vəzifələrinin 4-7-ci təsnifatı üzrə A və B növünə aid olan ümumilikdə 46 dövlət orqanında 408 vakant vəzifə çıxarılıb. Bunlardan 3-ü AB, 28-i AC, 70-i BA, 307-si isə BB vəzifə qrupuna aiddir. Müsabiqənin müsahibə mərhələsinə ən çox vəzifə mərkəzi icra hakimiyyəti orqanlarından Təhsil Nazirliyi (155 vəzifə), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (34 vəzifə) və Dövlət Turizm Agentliyi (18 vəzifə), məhkəmə orqanlarından isə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi (14 vəzifə), Şəki Apelyasiya Məhkəməsi (13 vəzifə) və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi (10 vəzifə) tərəfindən çıxarılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:37]
BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub
- 07.08.2026 [13:00]
Paytaxtda 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır
- 07.08.2026 [12:27]
Proqram mühəndisliyinə dair elmi əsərlərin xülasələr toplusu dərc edilib
- 07.08.2026 [12:03]
Gənc alim və tədqiqatçılar üçün yay düşərgəsi təşkil olunacaq
- 07.08.2026 [11:58]
BMU məzunu ABŞ-nin nüfuzlu universitetində təhsilini davam etdirəcək
- 07.08.2026 [11:44]