DÖVLƏT SƏRHƏDLƏRİ ETİBARLI MÜHAFİZƏ EDİLİR
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, ötən ilin dekabr ayı ərzində 2 min 624 qutu siqaretin, 160 litr spirtli içkinin, 57 top parçanın, 96 ədəd 113 qramlıq şüşə qablarda balıq kürüsünün, 18 ədəd zinət əşyasının, 1630 litr dizel yanacağının, 1055 qutu dərman preparatının, 18 baş qaramalın və 225 ədəd geyim əşyasının sərhəddən qanunsuz keçirilməsinin qarşısı alınmışdır.