“DÖVLƏT VƏ DİN” JURNALI TƏSİS EDİLMİŞDİR
AZƏRTAC Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətinə istinadla xəbər verir ki, Komitənin nəzdində ictimai əsaslarla yaradılmış Dini Ekspertlər Şurası “Dövlət və din” rüblük jurnalını təsis etmişdir. Yeni nəşrin ilk nömrəsi fevralda çıxacaqdır. Yeni mətbu orqan Komitənin bülletenini də əhatə edəcəkdir.
Jurnalın nəşrindən məqsəd dövlətin din siyasətini işıqlandırmaq və Komitənin bu sahədə fəaliyyətini ictimaiyyətə çatdırmaq, eyni zamanda, respublikamızın ərazisində və regionda dinlə bağlı məsələləri təhlil, habelə dinin maarifçiliyi təbliğ etmək etməkdir.