DSX-nin Akademiyasına kursant qəbulu elan edilib
Bakı, 28 yanvar, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasına kursant qəbulu elan olunub.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, birinci ixtisas qrupu üzrə “Sərhəd təhlükəsizliyi və idarəetmə” ixtisasına müraciət etmək istəyən namizədlər Azərbaycan Respublikasının vətəndaşı olmalı, orta və ya orta-ixtisas təhsilli, həmçinin fiziki cəhətdən sağlam olmalıdırlar.
Sənədlər DSX-nin Akademiyasına və ya yaxınlıqda yerləşən hərbi hissələrinə təqdim edilə bilər.
Daha ətraflı məlumatı DSX-nin dsx.gov.az rəsmi internet saytından ala bilərsiniz.
Ünvan: Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 29 42A
Əlaqə nömrələri: (012) 372-16-20; (012) 493-62-47
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:23]
“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar
- 02.10.2026 [18:33]
Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub
- 02.10.2026 [18:14]
Vəkillərə sertifikatlar verilib
- 02.10.2026 [17:58]