Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dubay: 2020-ci ilin maraqlı yenilikləri

Bakı, 31 avqust, Emil Eyyubov, AZƏRTAC

Sonuncu statistikaya görə, 2019-cu ilin yanvar-iyun ayları dövründə Dubayda azı bir gün qalan turistlərin ümumi sayı 8,36 milyon adam təşkil edib ki, bu da ötən ilin analoji dövründəkindən 3 faiz çoxdur.

Dubay Turizm və Kommersiya Marketinqi Korporasiyasından AZƏRTAC-a bildiriblər ki, 2019-cu ilin birinci yarısında Əmirliyə gələn turistlərin sayına görə ilk üç yeri Hindistan (997 min turist), Səudiyyə Ərəbistanı (775 min turist) və Böyük Britaniya (586 min turist) tutublar.

“Expo-2020” və Azərbaycanın “gələcəyi üçün toxumlar”

“Expo-2020” sərgisi kimi beynəlxalq miqyaslı bir tədbirin ilk dəfə bu regionda keçirilməsi ətrafında müzakirələr bu ilin ən maraqlı mövzulardan biri olub. 2020-ci ilin oktyabrından başlayaraq, Dubay dünyanın hər yerindən qonaqlar qəbul edəcək. Müxtəlif ölkələrin insanları bir gün ərzində 60-dan çox müxtəlif tədbir sayəsində Əmirliyin və sərginin iştirakçıları olan ölkələrin mədəni irsi, onların unikal pavilyonu ilə yaxından tanış olacaqlar.

Sərginin “Zəkamızı birləşdirməklə gələcəyi yaradırıq” mövzusuna müvafiq olaraq, məxsusi olaraq “Expo” üçün inşa edilmiş “District-2020” rayonunun bütün ərazisi “İmkan”, “Mobillik” və “Dayanıqlılıq” adlandırılan üç tematik məkana ayrılacaq. Artıq 192 ölkə, o cümlədən Azərbaycan bu tədbirdə iştirak edəcəyini təsdiqləyib. Özü də “Expo”nun bütün 168 illik tarixi ərzində ilk dəfə hər bir iştirakçı ölkə sərgidə öz pavilyonu ilə təmsil olunacaq.

Azərbaycan pavilyonunun dizaynı İtaliyanın “Simmetrico” şirkəti tərəfindən yerinə yetirilib. “Expo Milano 2015” üçün Azərbaycan pavilyonunu da məhz bu şirkət yaradıb. “ıDeas” arxitektura şirkəti və “SCE Project” injinirinq şirkəti də bu layihənin icrasına qoşulublar. Azərbaycanın “Seeds for the future” (“Gələcək üçün toxumlar”) adlı pavilyonu dayanıqlı inkişafa həsr olunmuş tematik zonada yerləşəcək.

Pavilyon ətraf mühit və təbiət irsi nəzərə alınmaqla layihəndirilib: Azərbaycan dünyada biomüxtəlifliyin 25 mərkəzindən biri hesab olunur. “Simmetrico”nun prezidenti Daniele Zambelli deyib: “Bizdən Azərbaycanın gələcəyə istiqamətləndiyini və onun gələcək üçün toxumların məhz indi səpildiyini anladığını əks etdirən məkan yaratmağı xahiş etdilər. Biz lap yaxşı bacardığımız bir iş gördük, tarixi vizuallaşdıraraq onu arxitektura və dizaynda əks etdirdik”.

Gözlənildiyinə görə, sərginin davam edəcəyi yarım il ərzində buranı təqribən 25 min qonaq, əsasən, əcnəbilər ziyarət edəcəklər. Tədbir sayəsində təqribən 905 200 iş yeri yaradılacaq. İqtisadi proqnozlara görə, sərginin Birləşmiş Ərəb Əmirliklərinin ümumi daxili məhsuluna töhfəsi illik göstəricinin 1,5 faizini təşkil edəcək. Beynəlxalq miqyaslı bu hadisə ölkə iqtisadiyyatının bir çox sektorlarının inkişafına güclü təkan verəcək.

Sərgi başa çatandan sonra “Expo” ərazisi yenidən qurulacaq, obyektlərin 80 faizindən çoxu saxlanılacaq və təkrar istifadə olunacaq. Məsələn, Dubay Sərgi Mərkəzi (DEC) müxtəlif növ işgüzar tədbirlərin keçirilməsi üçün əsas məkana çevriləcək.

Dubay metropolitenin yeni “Route” xəttinin açılması da “Expo-2020”yə həsr olunub. Bu xətt sərgi kompleksini meqapolisin digər rayonları ilə birləşdirəcək.

Qeyd edək ki, 2020-ci il “Expo” sərgisinin tərəfdaşları arasında “Emirates”, “Accenture”, “Cisco”, “Mastercard”, “Nissan”, “Pepsico”, SAP, “Siemens”, “Emaar”, UPS və s. kimi qlobal şirkətlər var.

Dubay çox vaxt turistlərdə sırf bahalı istirahət, bahalı restoran və otellərlə assosiasiya olunur. Lakin son vaxtlar Əmirliyin turizm təmsilçiləri qonaqların büdcələrinin və tələbatının müxtəlif olduğunu nəzərə alaraq turizmin inkişafına yönəldilmiş bir sıra tədbirlər görüblər. Belə ki, Əmirlikdə münasib qiymətlər təklif edən otellərin sayı artıb. 2019-cu ilin yanvar-iyun ayları dövrü üçün məlumata görə, Dubayda ümumi fondu 118 209 nömrə təşkil edən 711 otel və mehmanxana işləyir ki, bu da ötən ilin analoji dövründəkindən 6 faiz çoxdur. Hazırda Dubayda 118 beşulduzlu və 147 dördulduzlu otel fəaliyyət göstərir. Otel fondunun qalan hissəsini 1-3 ulduzlu otellər təşkil edir ki, onların da ümumi sayı 255-ə çatır. Gecələmənin orta qiyməti 422 BƏƏ dihrəmi (təqribən 114 dollar) təşkil edir, 2019-cu ilin hesabat dövründə otel və mehmanxana otaqlarında məskunlaşma 74 faiz təşkil edib.

ABŞ-ın “Caesars” brendinin “Caesars Palace Bluewaters Dubai” (beşulduz, 194 nömrə) və “Caesars Bluewaters Dubai” (beşulduz, 301 nömrə) kurortlarının açılmasını Dubayın otel təklifləri arasında ən parlaq yeniliklərdən biri saymaq olar.

“Emaar Hospitality Group” qrupuna daxil olan “Rove” brendinin aşağı büdcəli otelləri ayrıca söhbətin mövzusudur. Bu üçulduzlu otellər mövqeyinə, dizaynına və münasib qiymətlərinə görə sürətlə qonaqlar arasında populyarlaşıb. Burada bir gecə üçün 99 dirhəmə (təqribən 25 dollar) nömrə sifariş etmək olar.

Fırlanan göydələn və gələcəyin muzeyi

Əmirlik durmadan inkişaf edir və genişlənir. Burada “Expo-2020” sərgisinə hazırlıq işlərinin aparılması ilə yanaşı, yeni unikal görməli məkanlar və mədəniyyət obyektləri açılır. “Dubai Creek Tower” adlı yeni arxitektura qurğusu tezliklə dünyanın ən hündür binası adını daşıyacaq. “Dubai Creek Harbour” rayonunun mərkəzində yerləşəcək binada meqapolisi ovuc içi kimi göstərən bir neçə müşahidə meydançası olacaq. Açılışı 2020-ci ildə planlaşdırılan bu qüllənin Dubayın rəmzinə çevriləcəyi gözlənilir.

2020-ci ildə Dubayda açılması planlaşdırılan maraqlı obyektlərdən biri də “The Dynamic Tower” (“Fırlanan göydələn”) göydələnidir. 80 mərtəbədən ibarət binada dünyada ilk hərəkətli yaşayış konstruksiyası yaradılır. Binanın hər mərtəbəsi mərkəzi oxun ətrafında sərbəst fırlanacaq. Fırlanmanın sürətini və mənzillərinin yerini sakinlər tənzimləyəcək.

“The Museum of the Future” (“Gələcəyin muzeyi”) də ən çox gözlənilən layihələrdən biridir. Kainatın rəmzi olan torus formasında inşa edilmiş bu futuristik binanın zahiri görünüşü gözü xatırladır. Burada innovativ texnoloji layihələr nümayiş etdirilməklə bərabər, həm də sınaqdan keçiriləcək.

Ultramüasir “Coca-Cola Arena” stadionu ən mühüm yeniliklərdən biridir. 117 min tamaşaçı yeri ilə təchiz edilmiş çoxfunksiyalı qapalı məkanda konsertlər, idman yarışları, sərgilər, konfranslar, festivallar, habelə qala-şam yeməkləri və qapalı tədbirlər keçiriləcək. Sahəsi 46 min kvadratmetr olan stadion Dubayın düz mərkəzində - “City Walk” ticarət rayonunda yerləşir və rahat şəkildə Dubay metropoliteni ilə birləşir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® Formula 1 həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

BDU-nun magistrantları Kəpəz zirvəsinə yürüşdə iştirak ediblər

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb

“Azərişıq” nümayəndələri Şərurda fermer və sahibkarlarla görüşüblər

Fransada liseylərdə gərginlik: şagirdlər polis zorakılığından şikayət edir

BDU və 4SİM əməkdaşlığı: tələbələr üçün beynəlxalq sertifikat imkanı

Son iki gündə 99 cinayətin açılması təmin edilib

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış edib

Nizami Gəncəvi irsi: Bəşəri dəyərlər və müasir gənclik

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclasında təmsil olunub

Polşalı jurnalist: Puxaç “Sabah”dakı uğurlu çıxışı ilə özünü xatırladaraq milli komandaya yenidən qayıtdı – MÜSAHİBƏ

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir

ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb

UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək

Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“OpenAI” agentləri BMT-nin veb-saytlarından birinə hücum etməyə cəhd edib

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam

ADU türk dili və ədəbiyyatı ilə bağlı beynəlxalq simpoziuma ev sahibliyi edəcək

Süni intellekt, ailə, həyatın sonu... Papanın Fransaya səfərində həm də bu məsələlər gündəmdədir

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Ukraynanın Kiyev vilayətinə intensiv zərbələr endirilib, ölənlər var

Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Qızıl 107 dollar ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Suraxanı və Qaradağın bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH