Dubayda 1918-ci ilin mart soyqırımı ilə bağlı geniş təbliğat işi aparılmışdır
Bakı, 2 aprel (AZƏRTAC). Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyətinin sədri Samir İmanov 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Dubay Əmirliyinin Mərkəzi Kitabxanasının müdiri İsa Əhməd Əl-Mulla ilə görüşmüşdür.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, görüşdǝ Dubayın Dövlǝt Aparatının İctimaiyyǝtlǝ İş üzrǝ İdarǝ rǝisi Əhmǝd Əl-Zahiri vǝ digǝr rǝsmi şǝxslǝr iştirak etmişlǝr.
Görüşdə kitabxanaya 1918-ci ilin mart soyqırımından bəhs edən ərəb və ingilis dillǝrində kitablar, o cümlədən Azərbaycan Dövlət Teleqraf Agentliyi (AZƏRTAC) tərəfindən altı dildə hazırlanmış “Xocalı. XX əsrin soyqırımı”, Erik Fayqlın ingilis dilində “İpək Yolu üzərində Odlar yurdu - Azərbaycan tarixi”, eləcə də “Azərbaycan tolerantlıq məkanı”, “Azərbaycan həqiqətləri 1917-1920-ci illərdə” nəşrləri və erməni millətçilərinin xalqımıza qarşı törətdikləri vəhşilikləri əks etdirən çoxlu sayda sənəd, material və fotoşəkillər təqdim olunmuşdur.
S.İmanovun adından, hǝmçinin BƏƏ parlamentinin yeni seçilmiş sǝdri Mǝhǝmmǝd Əhmǝd Əl-Mura, Dubayın Şeyx Aparatının baş müdiri Mǝhǝmmǝd İbrahim Əl-Şeybaniyǝ, Dubayın insan hüquqları komitǝsinin sǝdri Mǝhǝmmǝd Abdullaya 31 mart soyqırımı ilə bağlı bǝyanatlar göndǝrilmişdir. Bǝyanatda son 200 ildǝ ermǝnilǝrin Azǝrbaycan xalqına qarşı törətdikləri soyqırımı aktları haqqında ǝtraflı mǝlumat verilmişdir. Vurğulanmışdır ki, bu çirkin siyasǝtin nǝticǝsində on minlǝrlǝ dinc sakin vǝhşicǝsinǝ qǝtlǝ yetirilmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydǝr Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmana əsasən, bu faciəyə hüquqi-siyasi qiymǝt verilmişdir. Məhz bu sənədə əsasən, martın 31-i ölkəmizdə Azərbaycanlıların Soyqırımı Günü elan olunmuş, faciə qurbanlarının xatirəsi genişmiqyaslı mərasimlərlə anılır.