Dünya Bankı ilə yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlanması müzakirə edilib
Bakı, 22 sentyabr, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov ölkəmizdə səfərdə olan Dünya Bankının Cənubi Qafqaz üzrə yeni regional direktoru xanım Roland Prays və Azərbaycan üzrə ölkə meneceri xanım Stefanie Stallmeisterlə görüşüb.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, görüş zamanı DB-nin Azərbaycandakı cari fəaliyyəti, həyata keçirilən layihələr və əməkdaşlıq perspektivləri, yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin (2024-2028) hazırlanması üzrə fikir mübadiləsi aparılıb.
Eyni zamanda, DB və Mərkəzi Bank arasında həyata keçirilən texniki yardım layihələri ətrafında müzakirələr aparılıb.