Dünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş seminar keçirilmişdir
Bakı, 5 iyun (AZƏRTAC). İyunun 5-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Təlim,Tədris və Sertifikatlaşdırma İdarəsində (TTSİ) Dünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş seminar keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, seminarda 1972-ci il iyunun 5-də BMT Baş Məclisinin İsveçin paytaxtı Stokholmda keçirilən iclasında ətraf mühitin mühafizəsi məsələsi diqqət mərkəzində olmuş, problemin kəskinliyini, əhali arasında ekoloji şüurun yüksəldilməsini, ətraf mühitin mühafizəsi problemlərinə diqqətin yönəldilməsinin vacibliyini nəzərə alan iştirakçılar bu günün Dünya Ətraf Mühit Günü kimi qeyd olunmasına qərar vermişlər.
Seminarda atmosferin, su hövzələrinin, torpaqların çirklənməsi, tullantıların idarə olunması, qlobal istiləşmə, turş yağışlar, ozon qatının pozulması, ARDNŞ-in ekoloji siyasəti mövzuları ətrafında geniş məlumat verilmişdir.
Bildirilmişdir ki, seminarın təşkil olunmasında əsas məqsədi bu sahədə çalışan müvafiq qurumların və işçilərin ekoloji biliklərini artırmaqla yanaşı, təhlükəli tullantıların zərərsizləşdirilməsi, ekoloji maarifləndirmə məsələlərini və dünyada ekoloji problemlərin yaranmasının səbəblərini və həlli yollarını onlarla birlikdə müzakirə etməkdir. Seminarda o da qeyd olunmuşdur ki, ilin sonunadək ətraf mühitin mühafizəsi, neft və neft məhsulları ilə çirklənmiş ərazilərin təmizlənməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində TTSİ-də yeni kursların təşkil olunması nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]
Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib
- 14.06.2026 [20:55]
Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub
- 14.06.2026 [20:46]
Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb
- 14.06.2026 [20:43]
Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir
- 14.06.2026 [20:32]