Dünyada COVID-19-a yoluxanların sayı 49 milyonu keçib
Bakı, 7 noyabr, AZƏRTAC
Dünyada koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 49 milyon nəfəri ötüb.
AZƏRTAC xəbər verir ki, indiyədək dünya üzrə COVID-19-a 49 milyon 381 yoluxma faktı qeydə alınıb. Virusdan ölənlərin sayı 1 milyon 244 min nəfəri, sağalanların sayı isə 35 milyon 160 min nəfəri keçib.
Ən çox yoluxma faktı ABŞ-da (9 milyon 934 mindən çox), Hindistanda (8 milyon 419 min), Braziliyada (5 milyon 614 min), Rusiyada (1 milyon 733 min) qeydə alınıb.
Xatırladaq ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]