Dünyada pələnglərin sayı artıb
Bakı, 11 aprel, AZƏRTAC
Pələnglərin sayı artaraq 3 min 890-a çatıb. 2010-ci ildə isə bu rəqəm 3 min 200 təşkil edib.
AZƏRTAC Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) hesablamaları üzə çıxarıb.
Fondun baş direktoru Marko Lambertini açıqlama verib ki, hökumətlər, yerli hakimiyyətlər və ekoloqlar birgə işləyərək heyvan növlərini və onların təbii şəraitlərini qorumağın mümkünlüyünü nümayiş etdirdilər.
Pələnglərin yaşadığı 13 ölkədən nazirlər bu həftə Hindistanın paytaxtı Nyu-Dehlidə keçiriləcək konfransda bir araya gələcəklər. Konfransda pələnglərin sayının 2020-ci ilə qədər iki dəfə artırılması üçün görüləcək tədbirlər müzakirə olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]