DÜŞƏNBƏDƏ MDB-NİN GƏNCLƏRİN İŞLƏRİ ÜZRƏ ŞURASININ İCLASI KEÇİRİLƏCƏKDİR
Bakı, 1 iyul (AZƏRTAC). İyulun 3-4-də Düşənbədə MDB-nin gənclərin işləri üzrə Şurasının iclası keçiriləcəkdir. MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, gündəliyə daxil edilən əsas məsələlərdən biri Belarus Təhsil Nazirliyinin hazırladığı MDB ölkələri gənclərinin əməkdaşlığına dair beynəlxalq strategiya layihəsinin müzakirəsidir.
Strategiya layihəsi gənclərdə milli və vətəndaşlıq şüurunun, tolerantlığın gücləndirilməsi, intellektual, yaradıcı, idman fəallığının artırılmasıdır. Layihədə gənclərlə işdə yeni texnologiyaların tətbiqi, xalqların mədəni irsinin qorunub saxlanması və zənginləşdirilməsi, möhkəm mədəniyyətlərarası əlaqələrin yaradılması və MDB gəncləri arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi nəzərdə tutulur.
Dünya maliyyə böhranı dövründə gənclərin dəstəklənməsi məsələləri daha böyük əhəmiyyət kəsb edir. Şuranın iclasında çətin vəziyyətə düşmüş gənclərlə iş sahəsində təcrübə mübadiləsi aparılacaqdır.
2009-cu il MDB-də Gənclər ili elan olunmuşdur. Bununla əlaqədar, Şuranın üzvləri ölkələrində keçiriləcək tədbirlər barədə məlumat verəcəklər.
Bundan əlavə, iclasda MDB ölkələrinin 2009-2010-cu illərdə humanitar sahədə əməkdaşlığının prioritet tədbirlər Planının həyata keçirilməsinin gedişi ilə bağlı məsələlər müzakirə olunacaqdır. Planda Birlik çərçivəsində mədəniyyət, təhsil, elm, gənclər arasında əlaqələr sahələrində əməkdaşlığı möhkəmləndirmək və genişləndirmək məqsədi ilə bir sıra birgə tədbirlər keçirilməsi nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]
Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub
- 16.10.2026 [10:13]