E-dövlət mühitində rəqəmsal demoqrafiyanın formalaşması sahəsində tədqiqatlar aparılır
Bakı, 9 aprel, AZƏRTAC
İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarı “E-dövlət mühitində rəqəmsal demoqrafiyanın formalaşması sahəsində beynəlxalq təcrübənin tədqiqi və müqayisəli analizi məsələləri” mövzusuna həsr olunub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
İnstitutun magistrantı Nərminə Axundova məruzəni təqdim edərək demoqrafiyanın multidisiplinar elmi tədqiqat sahəsi olduğunu bildirib. Məruzəçi vurğulayıb ki, e-demoqrafiya sisteminin formalaşması üçün müxtəlif elektron dövlət reyestrləri yaradılmalıdır. Bu reyestrlər inteqrasiya olunduqdan sonra demoqrafik tədqiqatları daha dərin, effektli tədqiq etmək mümkün olacaq.
Sonda məruzəyə dair fikir mübadiləsi aparılıb, tədqiqatların daha da genişləndirilməsi istiqamətində sual, irad və təkliflər səsləndirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [12:42]
Qərbi Azərbaycanda tarixi abidələrimiz – Her-Her məbədi
- 09.10.2026 [11:40]
Tuğ qoruğunda Alban xristian irsi ilə bağlı arxeoloji tədqiqatlar aparılıb
- 09.10.2026 [10:40]
UNEC-in 3 əməkdaşı dünyanın ən yaxşı alimləri siyahısında
Bu saata olan əsas xəbərlər
- [12:01]
Əhalinin gəlirləri artıb
- [11:43]
Azərbaycanda ÜDM artıb
- [11:26]
Bu gün Ümumdünya Poçt Günüdür
- [09:37]