Eda Özerkan: Bakıda olmağımdan çox məmnunam
Bakı, 24 sentyabr (AZƏRTAC). Bakıda olmağımdan çox məmnunam. Vətənimə qayıdarkən hamını Bakıya dəvət edəcəyəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri sentyabrın 23-də dünya şöhrətli müğənni Cenifer Lopezin “Bakı Crystal Hall”un möhtəşəm səhnəsində keçirilən konsertində iştirak edən Türkiyənin tanınmış modeli və aktrisası Eda Özerkan demişdir.
Paytaxtımızın füsunkarlığından danışan türkiyəli qonaq ölkəmizdə gedən sürətli inkişafı yüksək qiymətləndirmişdir.
Bakıda ilk dəfə olduğunu bildirən E.Özerkan şəhərimizin bütün guşələrinin, xüsusilə İçərişəhərin, Qız qalasının çox gözəl olduğunu vurğulamışdır.
E.Özerkan, həmçinin ölkəmizdə çəkiləcək hər hansı bir filmdə aktrisa kimi də iştirak etmək istədiyini də bildirmişdir.
Bakıda keçirilmiş “Eurovision-2012” mahnı müsabiqəsini də izlədiyini söyləyən aktrisa ölkəmizin bu mötəbər yarışmaya yüksək səviyyədə ev sahibliyi etdiyini xüsusi qeyd etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.05.2026 [12:14]
Fransada türk mədəniyyətini tanıdan “Festiv’Alp” festivalı təşkil olunub
- 19.05.2026 [12:01]
“Yulaf dönərgə” Kann Beynəlxalq Kino Festivalında
- 19.05.2026 [11:41]
Rejissor Türkan Hüseynin layihəsi beynəlxalq proqrama seçilib
- 19.05.2026 [11:05]
Gənclər Kitabxanasının yeni materialları istifadəçilərə təqdim edilib
- 19.05.2026 [10:27]
Azərbaycanın novator şairi
- 19.05.2026 [10:18]