Ədəbiyyat İnstitutunda “Azərbaycan altmışıncıları” kitabı hazırlanır
Bakı, 22 aprel, AZƏRTAC
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda bu qurumun direktoru, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə “Azərbaycan altmışıncıları” adlı məqalələr toplusu hazırlanır. Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib.
Topluda ədəbiyyatda “altmışıncılar” adı ilə tanınmış yazıçı və şairlər haqqında portret-oçerklər öz əksini tapacaq.
İnstitutun XX əsr Azərbaycan ədəbiyyatı (sovet dövrü) şöbəsi tərəfindən hazırlanan bu kitabda yer alacaq portret-oçerklərin hazırlanmasına müəssisənin digər şöbələrində çalışan tanınmış alim və istedadlı gənc mütəxəssislər də cəlb edilib.
“Azərbaycan altmışıncıları” kitabı üzərində işin iyul ayınadək başa çatdırılması nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:23]
Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik
- 12.10.2026 [17:28]
Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir
- 12.10.2026 [16:58]
BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb
- 12.10.2026 [16:37]
“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub
- 12.10.2026 [16:34]