Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ədliyyə işçiləri Azərbaycan Prezidentinin ətrafında sıx birləşiblər

Ədliyyə işçiləri Azərbaycan Prezidentinin ətrafında sıx birləşiblər

Bakı, 17 noyabr, AZƏRTAC

Azərbaycanda ədliyyə sisteminin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixi var. Peşə bayramımızı heç vaxt builki qədər sevinclə, təntənə və iftixarla qarşılamamışdıq. Axı, ədliyyə sisteminin yaranmasının 102-ci ildönümü xalqımız, dövlətimiz, eləcə də dünya azərbaycanlıları üçün çox əlamətdar, müstəqilliyimiz tarixində əbədi olacaq bir gününün - Qələbə Gününün xoş təsirindən ayılmadığımız vaxta təsadüf edir. 2020-ci ilin noyabrın 10-u Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazıldı. Məhz həmin gün möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələri üzərindəki şanlı qələbəsini rəsmən elan etdi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Nərimanov Rayon Qeydiyyat Şöbəsinin rəisi, ədliyyə müşaviri, hüquq elmləri üzrə fəlsəfə doktoru Səadət İsmayılova bildirib.

Səadət İsmayılova qeyd edib ki, noyabrın 10-da Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin xalqa verdiyi növbəti müjdə hər kəsin ürəyini dağa döndərdi. Azərbaycan Ordusu öz xilaskar missiyasını uğurla yerinə yetirdi. Söz yox ki, həmin günə qədər işğalçı ölkənin rəhbərliyi üç dəfə ağ bayraq qaldırmış və humanitar atəşkəsə razılığını bildirmişdi. Ancaq, buna baxmayaraq, atəşkəsi yenə də pozmuş, dinc əhalini hədəfə alaraq, cəbhə bölgəsindən xeyli kənarda yerləşən, Dağlıq Qarabağla heç bir əlaqəsi olmayan Azərbaycanın qədim şəhəri olan Gəncəni, eləcə də Mingəçeviri ballistik raketlərdən, müharibə qanunlarına və Cenevrə Konvensiyasına zidd olan kasetli bom-balardan atəşə tutmuşdu. Nəticədə çoxlu sayda mülki əhali qətlə yetirildi və yaralandı. Yaşayış məntəqələri və digər obyektlər dağılıb, yararsız hala düşdü. Qətlə yetirilənlər arasında uşaqların, qadınların və qocaların olması Ermənistan rəhbərliyinin faşizm ideologiyasına sadiqliyindən xəbər verirdi. Çünki tarixdən də bəllidir ki, günahsız insanlara qarşı yalnız faşistlər amansız və qəddar olub. Bu gün Ermənistan həmin yolu özünün dövlət siyasətinə çevirib.

Ermənistanın işğal siyasətindən, “böyük Ermənistan” yaratmaq iddiasından əl çəkməməsinə baxmayaraq, 30 ilə yaxın yurd həsrətinə son qoyuldu. İşğaldan azad olunmuş ərazilərimizdəki dağıntılar erməni vandalizminin sübutudur. BMT Təhlükəsizlik Şurası kimi mötəbər bir qurumun və ATƏT-in Minsk qrupu həmsədrlərinin (bu həmsədrlərin dünyanın ən güclü dövlətlərinin olması hər kəsə bəllidir) 27 il ərzində icra edə bilmədiklərini möhtərəm Prezidentimiz 44 gün ərzində yerinə yetirdi.

Məlum olduğu kimi, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal etdikləri Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarması ilə əlaqədar 4 qətnamə qəbul edib. ATƏT-in Minsk qrupunun həmsədrləri isə Ermənistan - Azərbaycan, Dağlıq Qa¬rabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürüblər. Ancaq dünyada baş alıb gedən ikili standartlar Ermənistanın işğal siyasətinin qarşısını almaqda ciddi maneə yaratdı.

Bu illər ərzində BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal altındakı bütün ərazilərindən ermənilərin dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə etinasızlıq göstərən mənfur qonşularımızın layiqli cavabı verildi. Müzəffər Ali Baş Komandanımız İlham Əliyev həm status-kvonu, həm də təmas xəttini ləğv etdi. Dövlət başçımızın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində tarixi ədaləti bərpa etdi. İşğal etdikləri torpaqlarımızda “keçilməz sədlər” quran və bu əraziləri qaytarmağı ağıllarına belə gətirməyən işğalçı ölkə rəhbərliyinə strateji təmkin nümayiş etdirən, Azərbaycanın əzəli torpaqlarını işğaldan azad edəcəyinə bir an belə şübhə etməyən, yeni çağırışlara adekvat cavab verməyə qadir olan müasir dövlət, xüsusən ordu quruculuğuna ciddi önəm verən möhtərəm Prezidentimizin istər cəbhə, istər diplomatiya, istərsə də infor-masiya sahələrindəki qələbələri ermənilər üçün faciəvi oldu.

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə, 300-dən artıq kənd, onlarca strateji əhəmiyyətli yüksəklik işğaldan azad olundu. Noyabrın 10-da Azərbaycan Prezidentinin, Ermənistanın baş naziri və Rusiya Prezidentinin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə imzaladıqları bəyanat qələbəmizi rəsmiləşdirdi və Ermənistanın rəsmən məğlub olduğunu təsdiqlədi.

Qazanılan bu qələbədə ədliyyə işçilərinin də zəhmət payı var. Bu işdə informasiya mübarizəsinin böyük rolu olduğu hər kəsə bəllidir. Dövlətimizin başçısı dünyanın 30-dan çox aparıcı kütləvi informasiya vasitələrinə müsahibə verərək Ermənistan rəhbərliyinin, eləcə də onun havadarlarının iç üzünü açdı. Ədliyyə naziri cənab Fikrət Məmmədovun Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı ilə bağlı xarici həmkarlarına müraciəti dövlət başçımızın informasiya cəbhəsindəki yorulmaz fəaliyyətinin dava-mı kimi qiymətləndirilir. Həmin müraciətdə Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təxribatı ilə bağlı xarici ölkələrin ədliyyə nazirlərinə faktlara istinadən ətraflı məlumat verildi. Müraciətdə qeyd edilirdi ki, 30 ildən artıq davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi milyondan çox insanın taleyinə ciddi təsir göstərmiş faciəvi nəticələrə səbəb olub. Həmçinin respublikamızın tarixi torpaqlarına ərazi iddiaları irəli sürən Ermənistanın 90-cı illərin əvvəllərində hərbi təcavüzə başladığı, Azərbaycan əhalisinin etnik təmizləməsini həyata keçirərək Qarabağı və ətraf yeddi rayonu işğal etdiyi, bir milyon insanın qaçqın və məcburi köçkünə çevrildiyi bildirilirdi.

Həmçinin Prezident İlham Əliyevin BMT-nin Baş Assambleyasının 75-ci sessiyasında çıxışı zamanı bu məsələləri ətraflı şəkildə və təkzibolunmaz faktlarla dünya ictimaiyyətinin diqqətinə çatdırdığı da öz əksini tapıb. Hadisələrin pik həddi isə bu il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin hərbi mövqelərimizi və ən dəhşətlisi, yaşayış məntəqələrimizi və dinc sakinlərimizi qəsdən və məqsədyönlü şəkildə ağır artilleriya qurğularından atəşə tutmağa başlaması olub. Xüsusilə qeyd edilib ki, Ermənistan ərazisindən endirilən bu zərbələr ölkəmizi cavab zərbəsinə təhrik edərək üçüncü ölkələri hərbi əməliyyatlara cəlb etmək məqsədini daşıyıb.

Müraciətin sonunda ədalət mühakiməsinə və ədliyyəyə məsul şəxs olaraq, həmkarlarının bu məsələdə iştiraksız qalmayacaqlarına və beynəlxalq hüququn görünməmiş pozuntularına qarşı öz səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görəcəklərinə əminlik ifadə olunub.

Bütün bunlardan sonra qürurla qeyd etmək istərdim ki, Azərbaycan dünyanın inkişaf etmiş ölkələrindən biri, ən güclü orduya malik olduğunu bir daha təsdiqlədi. Bu şanlı qələbə 102-ci ilini qeyd etdiyimiz ədliyyə işçilərinin peşə bayramında bizə ən böyük töhfə oldu. Yeri gəlmişkən, qeyd edim ki, ulu öndər Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə 22 noyabr Ədliyyə İşçilərinin Peşə Bayramı Günü kimi müəyyən edilmişdir. Ədliyyə işçilərində və hakimlərdə mənəvi stimul yaradılması məqsədilə onların peşə bayramı gününün müəyyən edilməsinə təşəbbüs göstərilərək 22 noyabr - 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi günün ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilməsi üçün ulu öndər Heydər Əliyevə müraciət edilmiş və müdrik şəxsiyyət də bu günü öz sərəncamı ilə rəsmiləşdirmişdir.

Müstəqil dövlətimizin ədliyyə tarixinin ən şərəfli anları 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranma tarixi ilə başlanır. Belə ki, Azərbaycan Xalq Cümhuriyyəti yaranışını elan edən gün - 1918-ci il may ayının 28-də Ədliyyə Nazirliyi təsis olunmuşdur. Nazirlik öz işinə, ilk növbədə, ədliyyə strukturlarının, məhkəmələrin və istintaq sahələrinin bərpası ilə başlamışdır. Ondan sonra gərgin və çətin fəaliyyət nəticəsində məhkəmə aparatları tədricən bərpa edilmiş, binalar qaydaya salınmış, ciddi problemlərin yaranmasına baxmayaraq, hüquq ədəbiyyatı kitabxanası və 6 aylıq hüquq kursları təşkil edilmişdir. Həmçinin, ədliyyə orqanları və məhkəmələrin fəaliyyəti ilə bağlı bir sıra qərarların qəbul edilməsinə, bu sahədə hüquqi bazanın yaradılmasına nail olunmuşdur. 1918-ci il noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsinin, noyabrın 22-də isə Ədliyyə Nazirliyi¬nin Əsasnaməsinin təsdiq edilməsi bu sahədə irəliyə doğru atılan mühüm addım olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra - 1920-ci il mayın 13-də Ədliyyə Nazirliyi ləğv edilmiş, əvəzində Xalq Ədliyyə Komissarlığı yaradılaraq, onun səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlan¬ması, məhkəmə işçilərinin seçilməsi, təlimatlandırılması və onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil edilmişdir. Lakin 1930-cu ildə bu komissarlıq da ləğv edilmiş, onun funksiyaları prokurorluq, Ali Məhkəmə, Mərkəzi İcraiyyə Komitəsinə və digər orqanlara verilmişdir.

Müdrik dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə Ədliyyə Nazirliyinin yenidən yaradılmasına xüsusi önəm verildi. Ulu öndər respublikamızda qayda-qanunun yaradılmasını, məhkəmə-hüquq sisteminin formalaşdırılmasını, hü¬quqi bazanın təşkilini dövlət idarəçiliyinin əsas atributlarından biri hesab edir-di. Bütün bunları diqqət mərkəzində saxlayaraq, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edildi və bununla da Azərbaycan ədliyyə tarixində yeni mərhələnin əsası qoyuldu. Bundan sonra respublikamızda Ədliyyə Nazirliyinin sabit fəaliyyət göstərməsi üçün əlverişli şərait yaradıldı. Nazirlik tərəfindən məhkəmə orqanlarına təşkilati rəhbərlik həyata keçirilmiş, əhaliyə hüquqi yardım getdikcə yaxşılaşdırılmış, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılması təmin edilmişdir. İllər keçdikcə ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün davamlı zəmin yaranmışdır.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən və ulu öndər Heydər Əliyev ölkə rəhbərliyinə gəldikdən sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər həyata keçirildi, nazirliyin cəmiyyətdə rolu və əhəmiyyəti artdı, səlahiyyəti genişləndi.

Ulu öndər Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidmətlərindən biri 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsinə nail olmasıdır. Bundan sonra Hüquqi İslahat Komissiyasının yaradılması və səmərəli fəaliyyəti nəticəsində məhkəmə və hüquq-mühafizə orqanlarının fəaliyyətini tənzimləyən yeni qanunvericilik aktlarının qəbul edilməsi ədliyyə sisteminin sürətli inkişafına zəmin yaratdı və nazirlik dövlətin hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevrildi.

Ulu öndər Heydər Əliyev siyasi məktəbinin ən layiqli davamçısı olan Prezident İlham Əliyevin ölkəyə rəhbərliyindən sonra ədliyyə sistemi yeni, müasir mərhələyə qədəm qoydu. Dövlətimizin başçısı tərəfindən nazirliyin yeni əsasnaməsi təsdiq olunaraq, ona hüquq-mühafizə orqanı statusu verildi. Ədliyyə və məhkəmə sisteminin inkişafı və müasirləşdirilməsi barədə proqram xarakterli fərmanların imzalanması, “Məhkəmə-Hüquq Şurası haqqında” Qanunun qəbul olunması, ədliyyənin inkişafı üzrə xüsusi Dövlət Proqramının təsdiq edilməsi bu sahənin inkişafına mühüm töhfələr bəxş etdi.

Bütün sahələrdə olduğu kimi, ədliyyə sistemində də əsaslı islahatlar aparıldı və yeni qurumlar yaradıldı, qanunvericilik aktları qəbul edildi. Milli Məclisin 2006-cı il 26 may tarixli iclasında qəbul edilən “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikasının Qa¬nunu, Prezident İlham Əliyevin 2006-cı il avqustun 17-də imzaladığı “Ədliyyə orqanlarının inkişafı haqqında” Fərman, digər qanunvericilik aktları ədliyyə orqan¬larında, idarələrində və təşkilatlarında, penitensiar xidmətdə qulluqkeçmə qaydalarını və şərtlərini, bu orqanların işçilərinin hüquqi vəziyyətinin əsaslarını müəyyənləşdirdi.

Möhtərəm Prezidentimizin rəhbərliyi ilə Azərbaycan ədliyyəsi ölkədə geniş vüsət alan məhkəmə-hüquq islahatları çərçivəsində daha da müasirləşərək yeni-yeni uğurlara imza atmışdır. Ölkə rəhbərinin bu sahəyə xüsusi diqqəti Azərbaycan ədliyyəsinə böyük etimadının və yüksək qayğısının təzahürü olmaqla hər bir ədliyyə və məhkəmə işçisi tərəfindən xüsusi iftixar hissi və dərin rəğbətlə qarşılanmışdır.

Son illər dövlət başçısının təşəbbüsü ilə qəbul edilmiş yeni qanunlarla məhkəmə hakimiyyətinin müstəqilliyi daha da möhkəmləndirilmiş, Məhkəmə- Hüquq Şurasının səlahiyyətləri xeyli genişləndirilmiş, o cümlədən, hakimlərin təyinatında, səlahiyyətlərinə xitam verilməsində, onların fəaliyyətinə kənar müdaxilələrin qarşısının alınmasında, onların yüksək peşəkarlığından digər aidiyyəti sahələrdə də bəhrələnilməsi üçün imkan yaradılmışdır. Prezidentimizin yüksək diqqətində olduğu daim hiss edilən Azərbaycan ədliyyəsi günbəgün müasirləşir. Nazirlik üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün ardıcıl və məqsədyönlü işlər görür.

Azərbaycanın bütün ədliyyə işçiləri dövlət başçısının ətrafında sıx birləşib. Bu birlik Ermənistan üzərindəki qələbəmizin təmin olunmasında böyük rol oynadı. Dövlətimizin başçısının noyabrın 10-da xalqa müraciətində dediyi sözlər - “Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!” hər bir ədliyyə işçisinə peşə bayramında ən qiymətli hədiyyədir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır

Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb

Şamaxıda yol qəzası ölümlə nəticələnib

Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə

İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilib

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Bakıda “Tamo sənəti: Azərbaycanda Kolumbiya əl işləri ənənəsi” sərgisi açılıb

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

“ADEX 2026”: BDU rektoru elm–universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb

“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb

Səməd Vurğunun oğlu: Atamın poeziyası ideologiyalardan asılı olmayaraq dəyərini qoruyub

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar

İstanbulda beynəlxalq konfransda Kimya İnstitutunun tədqiqatları təqdim olunub

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026” - Azərbaycanın ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahları açıqlanıb

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat nəticəsini təqdim edir

Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək

Payızın ilk “Ulduz”u

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər

“Həzrəti-Sultan” muzey-qoruğunun direktoru: Xoca Əhməd Yəsəvinin irsi türk xalqlarını ümumi mənəvi dəyərlər ətrafında birləşdirir

Statistika Şurasının iclasında Milli Statistika Sisteminin inkişaf istiqamətləri müzakirə olunub

Lixtenşteyn millisinin baş məşqçisi: Sabahkı oyunun favoriti Azərbaycan yığmasıdır

Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb

Azərbaycanın turizm brendi Brüssel sammitinin diqqət mərkəzində

“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub

Azərbaycan Ordusunun müasir silah və texnika ilə təminatı istiqamətində mühüm işlər həyata keçirilir - ŞƏRH

Qəbələnin turizm imkanları İstanbulda təqdim olunub

Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq

Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib

“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görülüb

bp “Mərkəzi Azəri” platformasında qazın yenidən laylara vurulma gücünü artırıb

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb