Əfqanıstanda “Taliban”ın hücumu nəticəsində azı 15 hərbçi həlak olub
Bakı, 11 iyun, AZƏRTAC
Əfqanıstanın şimallında yerləşən Qunduz əyalətində “Taliban” hərəkatı hökumət qüvvələrinin mövqelərinə hücum edib.
AZƏRTAC Pajhwok informasiya agentliyinə istinadla xəbər verir ki, hadisə nəticəsində təhlükəsizlik qüvvələrinin azı 15 əməkdaşı həlak olub.
Bir qədər əvvəl Əfqanıstan hökumətinin ardından “Taliban” hərəkatının da İd-ul-fitr bayramı ilə əlaqədar 3 günlük atəşkəs elan etdiyi barədə informasiya yayılmışdı. Xatırladaq ki, iyunun 7-də Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani ölkədə Ramazan ayının 27-dən (11 iyun) İd-ul-fitr bayramının 5-ci gününə (19 iyun) qədər “Taliban” hərəkatına qarşı hərbi əməliyyatları birtərəfli qaydada dayandırmaq barədə göstəriş verib.
Hökumətin atəşkəs qərarı İŞİD qruplaşmasına və xarici qüvvələrin dəstəklədiyi digər terror təşkilatlarına qarşı hərbi əməliyyatlara şamil olunmur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [16:00]
Niderland Fransadan F21 torpedasını alacaq
- 18.06.2026 [15:58]
Çinli alimlər lələkli dinozavr növü tapıblar
- 18.06.2026 [15:39]
Aİ okeanların qorunmasına 338 milyon avrodan çox vəsait ayırıb
- 18.06.2026 [15:31]
İyunun 18-i Davamlı Qastronomiya Günüdür
- 18.06.2026 [15:14]
Nifrət Nitqinə qarşı Beynəlxalq Mübarizə Günü
- 18.06.2026 [15:04]
Qazaxıstan Prezidenti TDT ölkələri Ali məhkəmələrinin sədrlərini qəbul edib
- 18.06.2026 [14:42]