Əfqanıstanda terror aktı nəticəsində ən azı 7 nəfər ölüb
Bakı, 25 iyul, AZƏRTAC
İyulun 25-də Əfqanıstanın paytaxtı Kabildəki Pul-e-Çarxi rayonunda bir motosikletli terrorçu kamikadze Mədən Nazirliyinin binasına bombalı hücum edib. AZƏRTAC ToloNews saytına istinadla xəbər verir ki, terror aktı nəticəsində ən azı 7 nəfər ölüb, 10 adam yaralanıb.
Əfqanıstanın Daxili İşlər Nazirliyinin sözçüsü Nüsrət Rəhimi bildirib ki, səhər saatlarında paytaxtın digər yerində də partlayış baş verib.
“Taliban” da daxil olmaqla, heç bir silahlı qruplaşma insidentlə bağlı məsuliyyəti öz üzərinə götürməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]