ƏFQANISTANIN MƏDƏNİYYƏT NAZİRİ BAKIDA OLMUŞDUR
Aprelin 17-də Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlu yolüstü Bakıda olan Əfqanıstanın mədəniyyət naziri doktor Sayed Rahin ilə görüşmüşdür.
Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qonaq Azərbaycanın mədəniyyəti, incəsənəti haqqında dərin məlumata malik olduğunu bildirərək, Bakını görməyindən məmnun qaldığını demişdir. Nazir Əfqanıstanın mədəniyyət ocaqlarının hazırkı vəziyyəti haqqında məlumat verərək, onun əvvəlki potensialının bərpası üçün Azərbaycanın incəsənət ustalarına, mütəxəssislərə, habelə musiqi müəllimlərinə böyük ehtiyac olduğunu vurğulamışdır.
Mədəniyyət naziri Polad Bülbüloğlu Əfqanıstanın çox qədim tarix və mədəniyyətə malik bir ölkə olduğunu diqqətə çatdıraraq, Azərbaycanın bu ölkə ilə mədəni əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bildirmişdir. Nazir torpaqlarımızın 20 faizinin işğal olunduğuna, bir milyondan artıq insanın qaçqın və məcburi köçkün kimi ağır şəraitdə yaşamasına baxmayaraq, Azərbaycanın öz mədəniyyətini, İncəsənətini və tarixi ənənələrini qoruyub saxladığını bildirmişdir.
Söhbət əsasında iki ölkə arasında mədəni əməkdaşlığın inkişafı üçün gələcəkdə rəsmi nümayəndə heyətləri mübadiləsinin təşkili və əməkdaşlıq proqramının hazırlanması barədə razılıq əldə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:27]
Natəvanın şair qohumları ədəbi mühitə hansı töhfələri verib?
- 10.08.2026 [17:08]
Azərbaycanda ilk dəfə “AVAZ” Gənclərin Xor Düşərgəsi təşkil edilib
- 10.08.2026 [15:10]
Şuşanın Qarabağ küçəsi: Otuz illik həsrətdən sonra doğma ocağa qayıdış
- 10.08.2026 [14:55]
Mədəniyyət naziri Laçında vətəndaşların müraciətlərini dinləyəcək
- 10.08.2026 [12:57]
Səsi ilə yaddaşlarda yaşayan sənətkar – Qəndab Quliyeva
- 10.08.2026 [12:53]
“Tanrının Zirehi: Ultimatum” filminin Azərbaycanda çəkilişləri davam edir
- 10.08.2026 [12:12]