Ege Universitetində ikili diplom proqramının rəhbər komitəsinin iclası keçirilib
Gəncə, 26 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Ege Universitetinin birgə həyata keçirdiyi beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin üzvləri Türkiyəyə səfər ediblər.
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, KTN-in Elm, təhsil və insan resursları şöbəsinin müdir müavini Emin Əliyev, Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova, Elm və Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi Vüsalə Qurbanova, ADAU-nun tədris işləri üzrə prorektoru Əhməd Məlikov və ikili diplom proqramının direktoru Lamiyə Quliyeva Türkiyənin İzmir şəhərində yerləşən Ege Universitetində olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər çərçivəsində Ege Universitetinin rektoru Necdet Budakın iştirakı ilə ikili diplom proqramının rəhbər komitəsinin iclası keçirilib.
İclasda gələcəkdə birgə həyata keçiriləcək layihələr, müəllim-tələbə mübadiləsi və digər məsələlər müzakirə olunub.