“Ekol Mühəndislik Xidmətləri” QSC-də növbəti iməcilik keçirilmişdir
Bakı, 22 iyul (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətində (QSC) növbəti iməcilik keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, iməcilikdə QSC kollektivinin çoxsaylı üzvləri iştirak etmiş və bütün xidmət sahələri əhatə olunmuşdur.
İməcilikdə yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə tullantıların emalı departamentinin xidmət sahələrindəki mexaniki təmizləyici qurğuların ətrafı alaq otlarından təmizlənmiş və tullantılar sahələrdən kənarlaşdırılmışdır.
Həmçinin, xidmət sahələrində təmizlik və abadlıq işləri aparılmış, yaşıllıqlara mövsümü qulluq göstərilmişdir.