Ekologiya İdarəsinin əməkdaşları təlim kursunda iştirak etmişlər
Bakı, 17 iyul (AZƏRTAC). Qafqaz üçün Regional Ekoloji Mərkəzin Azərbaycan filialının təşkilatçılığı ilə “Caspian Plaza” otelində “İqlim dəyişmələrinə təsirin yumşaldılması üzrə milli fəaliyyət planının (NAMA-Nationally Appropriate Mitigation Actions) hazırlanması” mövzusunda təlim kursu keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, təlim kursunda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsinin, “Azərenerji” ASC, Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin əməkdaşları iştirak etmişlər.
Tədbirdə çıxış edənlər Azərbaycanda iqlim dəyişmələrinə təsirin azaldılması üzrə layihələrin təşkili barədə məlumat vermişlər.
İqlim dəyişmələrinə təsirin yumşaldılması üzrə milli fəaliyyət planı üzrə ekspert Ceyms Falzon bu planın hazırlanması ilə əlaqədar müvafiq strategiyalar barədə məlumat vermişdir.
Sonda fikir mübadiləsi aparılmış və iştirakçılara sertifikatlar təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]