Ekoloji qanunvericiliklə bağlı araşdırmanın nəticələri açıqlanmışdır
Bakı, 5 oktyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti tərəfindən sentyabrın 15-dən 30-dək ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədi ilə aparılmış araşdırmanın nəticələri açıqlanmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırma zamanı su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsində, o cümlədən ətraf mühitə məişət və istehsalat tullantılarının idarə olunması sahəsində bir sıra qanun pozuntuları aşkar edilmişdir. Yol verilmiş qanun pozuntularına görə 132 akt və protokol tərtib olunmuş, nöqsanların aradan qaldırılması üçün 34 müddətli məcburi göstəriş verilmişdir.
Ümumilikdə isə 74 min 800 manat məbləğində cərimə tətbiq edilmiş, ətraf mühitə dəymiş ziyana görə 1048.82 manat məbləğində iddia qaldırılmış, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 55 min 750.04 manat məbləğində ödəmə tətbiq edilmişdir.
Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 3, məhkəmələrə 1, icra qurumlarına isə 15 iş göndərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]