Ekoloji qanunvericiliyin tələblərinə riayət olunması ilə bağlı araşdırmanın nəticələri açıqlanmışdır
Bakı, 20 may (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi mayın 1-dən 15-dək ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədi ilə apardığı araşdırmanın nəticələrini açıqlamışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırmanın nəticələrinə görə, hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 136 akt və protokol tərtib olunmuş və nöqsanların aradan qaldırılması üçün 41 müddətli məcburi göstəriş verilmişdir.
Ümumilikdə təqsirkarlar 64 min 275 manat məbləğində inzibati qaydada cərimə olunmuş, ətraf mühitə dəymiş ziyana görə 11 min 6.03 manat məbləğində iddia qaldırılmış, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 30 min 791.18 manat məbləğində ödəmə tətbiq edilmişdir.
Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 15, icra qruplarına 13, məhkəmələrə isə 1 iş göndərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]