“Ekoloji risklərin idarəolunması üzrə təcrübə mübadiləsi” mövzusunda seminar keçirilmişdir
Bakı, 25 oktyabr (AZƏRTAC). Qaladakı Ekoloji Parkda ARDNŞ və “bp-Azərbaycan” şirkəti tərəfindən “Ekoloji risklərin idarəolunması üzrə təcrübə mübadiləsi” mövzusunda seminar keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, seminarda ARDNŞ-nin müvafiq struktur bölmələrinin və “bp- Azərbaycan” şirkətinin mütəxəssisləri iştirak etmişlər. ARDNŞ-nin Ekologiya İdarəsinin rəisi Azər Əliyev və “bp- Azərbaycan” şirkətinin ətraf mühit üzrə mütəxəssislər qrupunun rəhbəri Amrita De Soyza neft-qaz əməliyyatlarında ekoloji risklərin idarə olunması, neft dağılmalarına qarşı cavab tədbirlərinin həyata keçirilməsi sahəsində əməkdaşlığın zəruriliyi barədə danışmışlar. Seminarda “ARDNŞ-də risklərin idarəolunması sistemi”, “Ekoloji risklərin kompleks idarəolunması Proqramı”, “Neft dağılmalarına nəzarət üzrə ARDNŞ-nin təcrübəsi”, “bp şirkətində risklərin idarəolunması prosesi” və başqa mövzularda təqdimatlar dinlənilmişdir.
İştirakçıları maraqlandıran suallar mütəxəssislər tərəfindən ətraflı cavablandırılmışdır.
Seminarın sonunda ekoloji risklərin idarəolunması, neft dağılmaları zamanı fəaliyyətin təşkil edilməsində əməkdaşlıq, önləyici tədbirlərin həyata keçirilməsi istiqamətində əlaqələndirilmiş fəaliyyətin həyata keçirilməsi və bu istiqamətdə birgə seminarların davamlı təşkili qərara alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]