“Ekoloji təmiz məhsul və aqrobiomüxtəlilik” mövzusunda məktəblilərin Respublika müsabiqəsi keçirilir
Bakı, 21 may, AZƏRTAC
Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin, Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə əməkdaşlığı ilə “Ekoloji təmiz məhsul və aqrobiomüxtəlilik” mövzusunda məktəblilərin ilk dəfə respublika müsabiqəsinə start verilib.
Müsabiqənin əsas məqsədi Azərbaycanın aqrobiomüxtəlifliyinin qorunması və ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalında məktəblilərin fəal iştirakının təmin edilməsi, bu sahədə onların bilik və bacarıqlarının artırılmasıdır. Müsabiqədə “Meyvəçilik”, “Arıçılıq”, “Heyvandarlıq”, “Meşə məhsulları”, “Tərəvəzçilik”, “Suptropik bitkilər”, “Gülçülük”, “Dənli bitkilər”, “Balaca fermer” nominasiyaları üzrə ümumi təhsil və internat məktəblərinin V-XI sinif şagirdləri, məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri iştirak edirlər.
Müsabiqənin zona mərhələsinə artıq Göyçayda başlanılıb. Zona mərhələsində müsabiqə iştirakçılarının təcrübə işinə aid elektron təqdimatları keçiriləcək, onların müşahidə gündəlikləri, məhsul nümunələri təqdim olunacaq. Oktyabr ayında keçiriləcək respublika mərhələsində isə mövsümə uyğun olaraq ən yaxşı məhsul nümunələri “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” yekun sərgisində nümayiş etdiriləcək. Görülən işlər münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və ən yaxşı təcrübə işləri final mərhələsinə vəsiqə alacaq.
Müsabiqənin zona mərhələsinin bütün iştirakçılarına sertifikat təqdim olunacaq. Respublika mərhələsinin qalibləri isə Təhsil Nazirliyi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2026 [15:33]
Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək
- 07.08.2026 [17:37]
Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ
- 07.08.2026 [16:39]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 07.08.2026 [15:48]
Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb
- 07.08.2026 [12:54]
Sabah Azərbaycanda havanın temperaturu 39 dərəcəyədək yüksələcək
- 06.08.2026 [14:27]
Azərbaycanda zubrların sayı 89-a çatıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]