Ekoloqların peşə bayramı Xaçmazda da qeyd edilmişdir
Xaçmaz, 23 may (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı Xaçmazda da qeyd olunmuşdur.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə nazirliyin 5 saylı ərazi ekologiya və təbii sərvətlər şöbəsinin, eləcə də Samur-Yalama Milli Parkının əməkdaşları Xudat şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Tədbir nazirliyin müvafiq qurumlarının yerləşdiyi binanın həyətində, açıq havada davam etdirilmişdir.
Samur-Yalama Milli Parkının direktoru Budaq Əliyev, 5 saylı ərazi ekologiya və təbii sərvətlər şöbəsinin müdiri Rüstəm Abdullayev həmkarlarını təbrik etmiş, Azərbaycanın zəngin təbii sərvətlərinin qorunub saxlanmasının vacibliyindən söz açmışlar.
Bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin 2001-ci il 23 may tarixli fərmanı ilə ölkədə ekologiya, ətraf mühitin mühafizəsi, hidrometeorologiya, geologiya, meşəçilik və balıqçılıq sahəsində vahid dövlət siyasətini həyata keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmışdır. Azərbaycan prezidenti İlham Əliyevin sərəncama uyğun olaraq, ölkədə hər il 23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd edilir.
Tədbirdə nazirliyin öz işində fərqlənən əməkdaşlarına fəxri fərmanlar təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]