Ekotoksikoloji laboratoriyada tədqiqat işləri davam etdirilir
Bakı, 23 iyul (AZƏRTAC). Müxtəlif tullantı sularının - lay, məişət, fekal və sənaye sularının Xəzər dənizinin bentik orqanizmlərinə təsirini öyrənmək məqsədilə ötən il Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Ekologiya İdarəsinin kompleks tədqiqatlar laboratoriyasında ekotoksikoloji laboratoriya əsaslı şəkildə yenidən qurulmuş və müasir avadanlıqla təchiz edilmişdir.
Laboratoriyada quraşdırılmış kamera ekotoksikoloji prosedurlara uyğun olaraq daimi işıqlandırma və sabit temperatur yaratma sistemi ilə təchiz olunmuş, burada, həmçinin dəniz suyunun saxlanılması və istifadəsi üçün tələblərə uyğun su çəni, mexaniki və ultrabənövşəyi sutəmizləyici qurğu, bioorqanizmlərin yetişdirilməsi və biotestlərin aparılması üçün klimostat cihazı, eləcə də canlıların uzun müddət saxlanılması üçün xüsusi akvariumlar, işıqlanma və havalandırma sistemləri quraşdırılmışdır.
Canlıların Xəzər dənizindən götürülməsi, toksikoloji testlərin aparılması, kulturların yetişdirilməsi prosesləri müvafiq İSO (“Xəzər - Spesifik Ekotoksikoloji Prosedurları”) beynəlxalq standartların tələblərinə uyğun həyata keçirilir. Ekotoksikoloji analizlərdə müxtəlif test orqanizmlərindən istifadə olunur. Test orqanizmlər xüsusi mühitdə, daimi nəzarətdə saxlanılır. Hazırda kompleks tədqiqatlar laboratoriyasında ekotoksikoloji analizlər xərçəngkimilərin nümayəndəsi olan “Pantogammarus maeticus” test orqanizmindən istifadə olunmaqla həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]