Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ekspert: Azərbaycan-Türkiyə münasibətləri ortaq milli iradənin formalaşdırdığı unikal müttəfiqlik modelidir

Ekspert: Azərbaycan-Türkiyə münasibətləri ortaq milli iradənin formalaşdırdığı unikal müttəfiqlik modelidir

Bakı, 16 iyul, AZƏRTAC

Azərbaycan ilə Türkiyə arasında formalaşmış qardaşlıq və strateji müttəfiqlik münasibətləri beynəlxalq münasibətlər sistemində özünəməxsus yer tutur. Bu əməkdaşlıq modeli yalnız iki dövlət arasında imzalanan sənədlərə və siyasi razılaşmalara əsaslanmır. Onun təməlində əsrlər boyu formalaşmış ortaq tarix, dil, mədəniyyət, milli kimlik, mənəvi dəyərlər və ən əsası, iki xalqın qarşılıqlı etimadı dayanır. Məhz buna görə də Azərbaycan-Türkiyə münasibətləri dünyanın müxtəlif regionlarında mövcud olan klassik dövlətlərarası ittifaqlardan fərqlənir və uzunmüddətli strateji tərəfdaşlıq nümunəsi kimi qiymətləndirilir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında türk siyasi eksperti Kadir Uğur Yılmaz deyib.

Ekspert qeyd edib ki, beynəlxalq münasibətlər tarixində eyni dilə, dinə və etnik kökə malik xalqlar arasında belə ciddi qarşıdurmaların yaşandığı çoxsaylı nümunələr mövcuddur. Onun sözlərinə görə, Yaxın Şərqdə ərəb dövlətləri arasında uzun illərdir davam edən siyasi ziddiyyətlər, eləcə də slavyan xalqları arasında baş verən müharibələr göstərir ki, ortaq mənşə və mədəni yaxınlıq özlüyündə möhkəm müttəfiqlik yaratmaq üçün kifayət etmir.

“Azərbaycan ilə Türkiyə arasındakı münasibətləri fərqləndirən əsas cəhət ondan ibarətdir ki, bu qardaşlıq siyasi maraqların məhsulu deyil. Bu münasibətlərin əsasında xalqların əsrlər boyu qoruyub saxladıqları ortaq milli şüur, qarşılıqlı etimad və mənəvi bağlılıq dayanır. Dövlətlər bu birliyi sonradan rəsmiləşdiriblər”, - deyə Kadir Uğur Yılmaz vurğulayıb.

Onun sözlərinə görə, dünyanın bir çox ölkələrində dövlətlər arasında ittifaqlar siyasi hakimiyyətlərin dəyişməsi, geosiyasi maraqların yenilənməsi və ya beynəlxalq şəraitin dəyişməsi ilə zəifləyir. Azərbaycan ilə Türkiyə arasında münasibətlər isə bu baxımdan fərqli xüsusiyyətə malikdir: “Burada münasibətləri qoruyan əsas amil cəmiyyətlərin ortaq iradəsidir. Hər iki ölkədə insanlar bir-birini sadəcə dost deyil, doğma qardaş hesab edir. Məhz bu ictimai münasibət dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Bu səbəbdən Azərbaycan-Türkiyə əlaqələri siyasi konyunkturdan asılı deyil və uzunmüddətli strateji xarakter daşıyır. Ümummilli Lider Heydər Əliyevin irəli sürdüyü "İki dövlət, bir millət" konsepsiyası artıq yalnız siyasi şüar deyil, iki ölkənin əməkdaşlıq fəlsəfəsini müəyyən edən əsas prinsipdir. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyata keçirdikləri ardıcıl siyasət nəticəsində bu konsepsiya konkret layihələr və strateji qərarlar vasitəsilə daha da möhkəmləndirilib”.

Ekspert bildirib ki, enerji təhlükəsizliyi sahəsində həyata keçirilən TANAP, Bakı–Tbilisi–Ceyhan və Bakı–Tbilisi–Ərzurum kimi layihələr, həmçinin nəqliyyat sahəsində Bakı–Tbilisi–Qars dəmir yolu xətti və Orta Dəhlizin inkişafı Azərbaycan ilə Türkiyənin təkcə regional deyil, Avrasiya məkanında da strateji əhəmiyyətini artırıb.

Onun sözlərinə görə, müdafiə sənayesi və hərbi əməkdaşlıq sahəsində əldə olunan nailiyyətlər də iki ölkə arasında etimadın yüksək səviyyədə olduğunu nümayiş etdirir. Xüsusilə birgə hərbi təlimlər, müdafiə sənayesində əməkdaşlığın genişləndirilməsi və təhlükəsizlik sahəsində koordinasiya regionda sabitliyin qorunmasına mühüm töhfə verir.

Kadir Uğur Yılmaz 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstəyin qardaşlıq münasibətlərinin real təzahürü olduğunu bildirib. O qeyd edib ki, müharibədən sonra Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işlərində Türkiyə şirkətlərinin fəal iştirakı, eyni zamanda, iki ölkənin Zəngəzur dəhlizi, regional nəqliyyat marşrutları və iqtisadi inteqrasiya istiqamətində birgə fəaliyyət göstərməsi strateji tərəfdaşlığın davamlı inkişaf etdiyini göstərir.

Ekspert hesab edir ki, Azərbaycan ilə Türkiyə münasibətlərinin fərqli cəhətlərindən biri də tərəflərin bir-birinə heç vaxt "böyük qardaş" və ya "himayədar dövlət" kimi yanaşmamasıdır.

“Hər iki dövlət qarşılıqlı münasibətlərini suverenliyə hörmət, bərabərhüquqlu tərəfdaşlıq və qarşılıqlı etimad prinsipləri əsasında qurur. Məhz bu yanaşma münasibətlərin davamlılığını təmin edir və onları digər beynəlxalq əməkdaşlıq modellərindən fərqləndirir”, – deyə o bildirib.

Kadir Uğur Yılmaz vurğulayıb ki, bu qardaşlığın inkişafında yalnız dövlət qurumları deyil, elm və təhsil müəssisələri, media, vətəndaş cəmiyyəti institutları, mədəniyyət xadimləri, iş adamları və gənclər təşkilatları da mühüm rol oynayır. Humanitar əlaqələrin genişlənməsi, ortaq mədəni layihələrin həyata keçirilməsi, tələbə mübadiləsi proqramları və birgə elmi təşəbbüslər gələcək nəsillərin də bu birliyi eyni ruhda davam etdirməsinə xidmət edir.

Ekspert əlavə edib ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi, Orta Dəhlizin inkişafı, regional enerji və logistika layihələrinin həyata keçirilməsi Azərbaycan ilə Türkiyənin geosiyasi əhəmiyyətini daha da artırır və bütün Türk dünyasının inteqrasiyası üçün yeni imkanlar yaradır.

“Kənardan baxıldıqda Azərbaycan və Türkiyə iki müstəqil dövlətdir. Lakin bu dövlətlərin arxasında ortaq tarixə, ortaq mədəniyyətə, ortaq dilə və eyni milli yaddaşa malik vahid bir millət dayanır. Məhz buna görə Azərbaycan–Türkiyə münasibətləri adi strateji tərəfdaşlıq deyil, beynəlxalq münasibətlər tarixində xalq iradəsi üzərində qurulmuş ən uğurlu qardaşlıq modelidir. Bu model gələcəkdə də regionda sülhün, təhlükəsizliyin və inkişafın əsas təminatçılarından biri olacaq", – deyə türk siyasi ekspert Kadir Uğur Yılmaz bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniyada dizel yanacağının bahalaşması məktəb avtobuslarının fəaliyyətində problemlər yaradıb

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb